ECB rəsmisi faiz üçün yay aylarına işarə edib | Banco.az

ECB rəsmisi faiz üçün yay aylarına işarə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransua Villeroy de Qalhau bildirib ki, faiz dərəcələrində pik nöqtənin harada olacağını müəyyənləşdirmək hələ tezdir.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü Fransua Villeroy de Qalhau açıqlamasında faiz artım dövrünün yay aylarında başa çatmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, ECB region ölkələrində tarixi yüksək həddə olan inflyasiyanı cilovlamaq üçün ötən ilin iyul ayından bəri 4 dəfə faiz artımı qərarı qəbul etmiş və inflyasiyanı müəyyən edilmiş 2 faizlik hədəfə çatdırmaq üçün bu artım tempinin davam etdiriləcəyini bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et