ECB rəqəmsal avro ilə bağlı qərarın hansı tarixdə veriləcəyini açıqlayıb | Banco.az

ECB rəqəmsal avro ilə bağlı qərarın hansı tarixdə veriləcəyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ECB: Rəqəmsal avro ilə bağlı qərar 2023-cü ilin payızında veriləcək.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) “Rəqəmsal Avronun Tədqiqat Fazasında İrəliləyiş” adlı üçüncü hesabatını dərc edib.

Rəqəmsal avronun yaradılması üzrə araşdırmaların və bu istiqamətdə digər işlərin davam etdiyi bildirilən hesabatda Avropa Komissiyasının rəqəmsal avronun dövriyyəyə buraxılması halında tətbiq olunacaq audit mexanizmini bu ilin ikinci rübündə təklif kimi təqdim etməyi planlaşdırdığı bildirilib.

Hesabatda həmçinin Avropa Mərkəzi Bankının (ECB) rəqəmsal avronun yaradılması üçün qanunvericilik prosesindən yarana biləcək mümkün lazımi düzəlişləri həyata keçirəcəyi qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladılıb ki, rəqəmsal avrodan ilk növbədə Avrozona ölkələri istifadə edəcək, ancaq bununla yanaşı, Avrozona daxilində hesabı olan şəxslər üçün də rəqəmsal avro əlçatan olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et