ECB növbəti faiz endirimi üçün sentyabr ayına qədər gözləyə bilər | Banco.az

ECB növbəti faiz endirimi üçün sentyabr ayına qədər gözləyə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçiriləcək iclasında konkret yol xəritəsinin müəyyən edilməsi gözlənilmir.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcəsi qərarını bu gün Bakı vaxtı ilə 16:15-də açıqlayacaq.

"Bloomberg" nəşrinin sorğusunda iştirak edən bütün iqtisadçılar əsas yenidən maliyyələşdirmə dərəcəsinin, marjinal kredit faizinin və depozit faizinin sabit qalacağını gözləyirlər.

Xatırladaq ki, ECB monetar sərtləşdirmə dövründən sonrakı ilk faiz endirimini iyun iclasında həyata keçirmiş və depozit faizini 25 baza bəndi azaldaraq 3,75%-ə endirmişdi. Bugünkü iclasda isə qarşıdakı həftələrdə açıqlanacaq kritik məlumatları nəzərdən keçirmədən bir addım atılması və ya faiz yolu ilə bağlı konkret xəritənin cızılması gözlənilmir.

Ən sərfəli kredit üçün müraciət et

Bu da öz növbəsində bütün gözlərin iki inflyasiya məlumatı, əmək haqqı və məhsuldarlıq məlumatlarından sonra sentyabr ayında keçiriləcək növbəti iclasa çevrilməsinə səbəb olur. İqtisadçılar sentyabr iclasında daha 25 baza bəndi faiz endirimi gözləyirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et