ECB bitkoinin əsl dəyərinin sıfır olduğunu iddia edib | Banco.az

ECB bitkoinin əsl dəyərinin sıfır olduğunu iddia edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) bitkoinin əsl dəyərinin sıfır olduğunu iddia edib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) analitikləri tərəfindən yazılmış blog məqaləsində ötən ay bitkoinə ETF təsdiqi verilməsini "çılpaq imperatorun yeni paltarı" kimi təsvir ediblər.

Məqalə kriptovalyutaların həll etdiyi problemdən daha çox səbəb olduğu problemlərin mövcudluğuna diqqət çəkib. 

Bu problemlərə ətraf mühitə zərər dəyməsi və sərvətin bazarı daha az başa düşənlərin zərərinə yenidən bölüşdürülməsi daxildir.

Qeyd edək ki, bitkoin investorları üçün rəsmi ETF təsdiqi kriptovalyuta investisiyalarının təhlükəsiz olması və əvvəlki sürətli qiymət artımının qarşısıalınmaz qələbənin sübutu görülməsi deməkdir. Belə ki, Qiymətli Kağızlar və Birja Komissiyası yanvar ayında 11 ABŞ spot bitkoin ETF-lərini rəsmi olaraq təsdiqləyib. Bundan sonra ümumi kriptovalyuta bazarının həcmi 2022-ci ilin aprelindən bəri ilk dəfə 2 trilyon dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram