EBRD-nin manat istiqrazları üzrə ilk kupon ödənişi ediləcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

EBRD-nin manat istiqrazları üzrə ilk kupon ödənişi ediləcək

Yanvarın 5-də Milli Depozit Mərkəzi tərəfindən (MDM) Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək.

Bu barədə  MDM-dən bildirilib. Qeyd edilib ki, bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 AZN təşkil edir.

    Qeyd edək ki, nominal dəyəri 100 min AZN olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində baş tutub.

    apa