EBRD-nin Azərbaycan üzrə aktiv portfelinin həcmi artıb | Banco.az

EBRD-nin Azərbaycan üzrə aktiv portfelinin həcmi artıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi 842 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (fevralın 28-i) ilə müqayisədə 2,3% artıb. Layihələrin sayı dəyişməz 34-ə çatıb.

Bu barədə EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 88%-ni (742 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (70 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 6%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 4,1% artaraq 755 mln.avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3,554 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,2 %-i (3,066 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram