EBRD İstanbul Birjasındakı 10%-lik payını satıb | Banco.az

EBRD İstanbul Birjasındakı 10%-lik payını satıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “İstanbul Borsa”sındakı (BIST) payını satıb. 

Məlumata görə, səhmlərin alqı-satqısı 2019-cu ilin dekabrın 31-də baş tutub.

Qeyd edək ki, EBRD 2015-ci ilin dekabrından etibarən İstanbul Birjasında 10%-lik paya sahib idi.

Bank açıqlamasında Türkiyə üzrə təsdiqlənmiş 5 illik yeni ölkə strategiyası çərçivəsində Türkiyənin yerli valyuta ilə ifadə olunan maliyyə məhsulları və yerli kapital bazarlarının dərinləşməsi üçün əlverişli mühitin yaradılması naminə dəstəyini davam etdirəcəyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

EBRD həmçinin bu alqı-satqı əməliyatının İlkin Kütləvi Təklif (IPO) və pre-IPO bazarının inkişafına müsbət təsir edəcəyini açıqlayıb.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et