EBRD Azərbaycan üzrə investisiya portfelini azaldıb | Banco.az

EBRD Azərbaycan üzrə investisiya portfelini azaldıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi bu il iyulun 29-na 893 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 4,7% və ya 44 mln. avro azdır. İcra edilən aktiv layihələrin sayı isə 30-a çatıb.

Bu barədə EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 91%-ni (814 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 6%-ni (50 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (29 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.

Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 6,1% azalaraq 652 mln. avro təşkil edib. Beləliklə, EBRD bu günədək Azərbaycana 190 layihə çərçivəsində 3,715 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,3 %-i (3,093 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram