“eBay” xalis mənfəətini 31% artırdı | Banco.az

“eBay” xalis mənfəətini 31% artırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük onlayn auksionu “eBay” 2024-cü ilin ikinci rübündə xalis mənfəətini 31%, gəlirini isə 1% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində məlumat verilib.

Məlumata görə,aprel-iyun aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 172 milyon dollara qarşı 226 milyon dollar təşkil edib. Səhm üzrə mənfəət 0,32 dollardan 0,45 dollara yüksəlib.

Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 1,03 dollardan 1,18 dollara qədər artaraq LSEG tərəfindən sorğulanan analitiklərin səhm üçün 1,13 dollar səviyyəsində konsensus proqnozunu üstələyib.

“eBay”ın rüblük gəliri bir il əvvəlki 2,54 milyard dollardan 2,57 milyard dollara yüksəlib.

Şirkətin proqnozuna görə, üçüncü rübdə onun gəliri 2,5-2,56 milyard dollar, düzəliş edilmiş mənfəət hər bir səhm üçün 1,15-1,2 dollar (bazar proqnozu - hər səhm üçün 1,13 dollar) təşkil edəcək.

Qeyd edək ki, şirkətin səhmləri bu ilin əvvəlindən 27,5% bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram