"eBay" kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadə etməyə hazırlaşır | Banco.az

"eBay" kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadə etməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Dünya pərakəndə nəhəngi "eBay" kriptovalyuta aləmini maraqlandıracaq yeni addım atmağa hazırlaşır. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın tanınmış e-ticarət saytı "eBay" kriptovalyuta növlərindən ödəniş üsulu kimi istifadə edə biləcəklərini açıqlayıb.

"eBay"ın CEO-su Jamie Iannone CNBC kanalına verdiyi müsahibə zamanı kriptovalyutalara müsbət yanaşdıqlarını bildirib. O, məsələ ilə bağlı araşdırma və dəyərləndirmələrin davam etdiyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram