Bu ilin yanvar ayında e-ticarət sahəsində qlobal satışlar 2019-cu ilin yanvarı ilə (pandemiyadan əvvəlki dövr) müqayisədə 2,1 dəfə artıb.
Bu barədə "Mastercard"ın "SpendingPulse" hesabatında deyilir.
Məlumata görə, ötən ay göstərici 110,1% artıb. Eyni zamanda, ötən illə müqayisədə elektron ticarət sahəsində satışlar 10,4% artıb.
Yanvarda ABŞ-da pərakəndə satışlar illik müqayisədə 7,2%, onlayn satışlar isə 10,4% artıb.
Maraqlıdır ki, restoran satışlarında 2021-ci illə müqayisədə 36,7%, zərgərlik məmulatları istisna olmaqla lüks məhsulların satışında 45,3%, geyimdə isə 37,6% artım olub.
Ticarət mərkəzlərində satışlar alıcıların fəallığının bərpası fonunda artıb.
"Mastercard" bildirir ki, müxtəlif sektorlarda güclü satış artımı cari il üçün nikbinlik və inamı əks etdirir.
Xatırladaq ki, "Mastercard SpendingPulse" dünya üzrə bütün ödəniş növləri üçün pərakəndə satış məlumatlarını təqdim edir.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!