E-ticarət nəhəngi "Amazon" təyyarə satın alır | Banco.az

E-ticarət nəhəngi "Amazon" təyyarə satın alır

Tamara Mustafayeva, Banco.az

"Amazon" şirkəti uzaqmənzilli yük təyyarəsi satın alır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, e-ticarət nəhəngi qlobal logistika sahəsində yaşanılan problemləri həll etmək üçün uzaqmənzilli yük təyyarəsi satın almağı planlaşdırdığını açıqlayıb.

Şirkətə yaxın mənbələrin məlumatına görə, "Amazon" daha əvvəl istifadə edilmiş "Boeing Co." və "Airbus SE" yük təyyarələrini almağı düşünür. Şirkətin bu həmləsi e-ticarət nəhənginin məhsullarını dünyanın hər yerinə daşıma istəyinin bir göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, şirkət həmçinin 10 ədəd "Airbus A330-300" təyyarəsi və bu təyyarələri idarə edə biləcək heyət axtarışındadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et