Dünyada pərakəndə satış həcmi 25 trilyon dollar satış həcminə malikdir. Bu rəqəm daxilində pərakəndə elektron ticarət satışları 2,4 trilyon dollara çatdı. 2011-ci ildə ümumi pərakəndə satışda qlobal e-ticarətin payı 3,6 faiz təşkil edərkən, 2017-ci ildə 10 %-i aşdı.
Qlobal e-ticarətə baxdığımızda dünya miqyasında hər 5 məhsuldan 1-i ölkələr arasında gerçəkləşir (cross-border).
Statistik məlumatlara əsasən 2017-ci ilin sonunda dünyada pərakəndə satış əməliyyatlarının həcmi 2,4 trilyon dolları keçib, onlardan 10% -i E-ticarət satış kanallarından alınmışdır. Qlobal pərakəndə elektron ticarət həcmi 2018-ci ildi 3 trilyon dollara çatdı. 2016-ci ilə görə E-ticarət əməliyyat həcmi təxminən% 9 böyüyərkən, inkişaf etmiş ölkələrdəki E-ticarətin böyümə ortalaması 20 % olaraq ölçüldü. 2011-ci ildə inkişaf etməkdə olan ölkələr e-ticarət həcminin 32% -ni təşkil edirdisə, bu gün bu 59% -dir. 2020-ci ildə ümumi həcmin 64% -i inkişaf etməkdə olan ölkələr tərəfindən yaradılacaqdır. Qlobal e-ticarət atışlarının 2021-ci ildə orta hesabla illik 16% artması və 4,5 trilyon dollar olması gözlənilir.
Qeyd edək ki, elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarət anlayışı 1980-ci illərdə meydana gəlsə də ilk dəfə internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edib.
Pərvanə Aslanova, Banco.az