E-pul sistemi tamamilə təhlükəsizliyə təminat verir | Banco.az

E-pul sistemi tamamilə təhlükəsizliyə təminat verir

Banco.az E-pul şirkətinin Proyekt meneceri Faiq Nağıyevlə müsahibəni təqdim edir.

Faiq bəy, E-pul Azərbaycanın onlayn ödənişlər bazarına artıq təxminən 1 ildir ki daxil olmuşdur. Bu qısa zaman kəsiyində, şirkət bazarda özünə yer düzəldə bilibmi? Sistem yaranandan indiyədək təxminən neçə ödəniş həyata keçirilib?

E-PUL.az saytı artıq 1 ilə yaxındır ki, fəaliyyətdədir və artıq geriyə baxdıqda, sizin sualınıza cavab olaraq demək olarkı, bəli, biz artıq bazarda öz yerimizə sahibik. Baxmayaraq ki, xidmətimizin ictimaiyyətə reklam vasitəsi ilə çatdırılması son bir neçə aya təsadüf edir. E-pul artıq bir ilədən artıqdır xidmətlərini xüsusi mərhələlərdən keçirməklə texniki tapşırıqları yerinə yetirirdi. Çünki bu cür xidmətlər zamanla sınaqdan çıxmalı idi.
Xidmətin tam keyfiyyətinə əmin olduqdan sonra, E-PUL istifadəçilərə daimi, fasiləsiz və rahat xidmət göstərə bilər, artıq tam olaraq istifadəyə buraxıb kütləyə təqdim etdik. Və bu uğurlu oldu, çünki E-PUL Azərbaycan İnternet Akademiyasının hər il keçirdiyi NETTY Milli İnternet Mükafatını qazandı. Qeyd olunan tədbirin qalibi məhz istifadəçilərin səsverməsi nəticəsində müəyyən edilir. E-PUL 3 nominasiyada cıxış etdi və ilin ən yaxşı servis (xidmət) saytı adına layiq görüldü. Bü günədək E-PULda 200 mindən çox ödəniş aparılıb. Və bu say həndəsi proqressiya ilə artır. Bu faktorların hər biri– bizim düzgün istiqamət seçdiyimizi təsdiqləyir.

Elektron ödənişlər bazarının spesifikasından irəli gələrək , təhlükəsizlik həlledici amillərdən biridir. E-pul sisteminin təhlükəsiz olmasını sübut edən hansı faktorları sadalaya bilərsiniz?

İlk olaraq qeyd etmək istərdim ki, bu gün yüksək səviyyə və keyfiyyətin göstəriciləri – intellektual qüvvədir. E-PULun komandası tək şirkət səviyyəsində deyil, bütün Azərbaycan səviyyəsində ən peşəkar və təcrübəli kadrlardan ibarətdir. Buna görədə E-PUL yüksək təhlükəsizlik qaydaları ilə fəaliyyət göstərir. Xüsusi yerlərdə saxlanılan və işləyən serverlər unikal və heç yerdə təkrarlanmayan proqram təminatları ilə qorunur, ödəniş kanalları ikitərəflı şifrələnmə ilə işləyir. Yüksək səviyyəli platformalarda apparat-proqram həlləri ilə durumsuz və imtinasız iş rejimi təşkil olunur. Daimi monitorinq və  vaxtı vaxtında bütün standartlara uyğun auditdən keçir. Bunun üçün xüsusi verifikasiya sistemi və təhlükəsizlik tədbirlərini saytımızdada izah etmişik. E-PUL təhlükısizliyi birinci yerdə qoyur və daimi keşiyindədir.

E-pul sistemi hansı mobil platformalarda artıq tam gücü ilə işləyir?

E-PUL mobil tətbiqləri artıq Android və iOS əməliyyat sistemləri üçün mövcuddur. Ancaq qeyd etmək istərdim ki, bu yaxınlarda E-PUL.az saytını yeni dəyişikliklər gözləyir və bu dəyişikliklər həmçinin saytın mobil versiyasının istifadəyə buraxılmasıdır. Bu dəyişikliklər qüvvəyə mindikdən sonra, artıq mobil telefondan asılı olmayaraq, istifadəçi öz telefonu vasitəsi ilə bir-başa veb səhifədən xidmətdən istifadə edə biləcək. Sayt tam funksional və qurğuya ideal tənzimlənən versiyada işləyəcək. Deyərdim ki, bəlkədə Azərbaycanda ən “responsive” sayt olacaq. Çünki cüzi belə xırdalıqlara çox vaxt ayırırıq. İnşallah bu yaxınlarda görəcəksiz.

Ən sərfəli kredit üçün müraciət et

Faiq bəy, bizdə olan məlumata görə, onlayn ödənişlər bazarına kart məlumatlarının təhlükəsiz şəkildə yadda saxlanılması opsiyası məhz elə E-pul tərəfindən gətirilib. Bu funksiyadan mobil proqramda istifadəni tam təhlükəsiz hesab etmək olarmı?

Bəli. İlk dəfə olaraq ödəniş sistemləri arasında E-PUL kart məlumatın yadda saxlanılması funksiyasın istifadəyə verib. Məlumatlar şifrələnmiş şəkildə tam təhlükəsiz prossesinq serverlərimizdə saxlanılır. O ki qaldı mobil proqlramda bu məlumatın təhlükəsizliyinə dair 3
vacib amilə xüsusi diqqət yetirmişik. İlk olaraq mobil proqram özü xüsusi şifrə ilə müdafiə olunur. Bu şifrə saytdakı şifrədən fərqlidir. Bunula sizin telefonla sizdən başqa heç kim ödəniş apara bilməz. İkinci növbədə isə kartın məlumatı tam olaraq heç istifadəçinin özünə göstərilmir. Və üçüncü növbədə – istifadəçi istənilən halda plastik kartının CVV/CVC kodunu daxil edir. Bu 3 rəqəmli kod son identifikasiyanı təmin edir. Bu üç  məqam istifadəçilərimizin yadda saxlanan məlumatı rahat və təhlükəsiz istifadəsinə şərait yaradır.

Bu funksiyasının istifadəçi üçün nə dərəcədə vacib olması haqqında uzun uzadı danışmaq olar. Onu demək kifayət edirki, hər birimizin aylıq telefon , internet , komunal xərclər və s. statik xərclərimiz mövcuddur ki, qeyd olunan funksiya ilə siz kart məlumatlarınızı və aylıq ödənişi qeyd etməklə avtomatik ödənişlər həyata keçirə bilərsiniz.

Avtomatik ödənişlər haqda daha ətraflı məlumat verərdiz. Düşünürük bu oxucularmız üçündə çox maraqlı olardı

Avtomatik ödənişlər unikal bir funksiadır. İlk və yeganə E-PULda mövcud olan bu xidmət Sizin ödənişlərinizin avtomatlaşmasını təmin edir. Siz aylıq abunə haqqlarınızı, kredit və digər ödənişlərinizin ödənilməsini qoyduğunuz vaxt bitdikdən sonra avtomatik həyata keçirməsini təmin edirsiz. Beləliklə, müxtəlif təşkilatlar qarşısındı istifadəyə görə borcunuz yaranmaz. Biz çox vaxt ödəmələri artıq gec olanda edirik. Bu funksiya gecikmələrin qarşısın alır.

Səhv etmiriksə, E-pul istifadəçilərin motivasiyası baxımından yeni loyality sistem-yəni bonus sisteminin tətbiqinə başlayıb. Zəhmət olmasa, bu sistem haqqında ümumi informasiya verərdiniz.

Biz istifadəçilərimizə həqiqi bonus veririk. Bu bonuslar yığıldıqda real ödəmələrə dəyişilə bilər. Siz hər ödəmədən bonus qazanırsız və bonusla birdə ödəmə edə bilərsiz. Faydalıdır. Prosesin gedişatına bizim xüsusi departamentinmiz nəzarət edir və qeyd olunan bonus sistemlərinin müştərilər üçün faydalılıq əmsalını davamlı ölçür. Gələcəkdə istifadəçilərimiz üçün daha faydalı bonus sisteminin işə salınması üçün məlumatlar indidən toplanılır.