İnternetin həyatımıza bu qədər yaxın olduğu bir dövrdə ödəmələri həyata keçirmək üçün əlavə vaxt sərf eləməyə ehtiyac yoxdur. Bunun üçün E-Pul cihaz və rabitə kanalları sizin yardımçınız olacaq. E-PUL ödəniş etməyə imkan yaradan elektron ödəniş sistemidir. Siz xidmətdən istifadə edərək online ödənişlərinizi tam rahatlıqla həyata keçirə bilərsiniz. Bəs E-PUL-un üstünlükləri nələrdir?
E-PUL xidməti günün 24 saatı, həftənin 7 günü, fasiləsiz və istirahətsiz aktivdir.
- Rahat təchizat
- Bir yerdən xidmət idarə etmək imkani, vaxt qənaəti və növbə olmamagı
- Sürət, sadəlik və xidmətin istifadədə rahatlığı
- Yüksək təhlükəsizlik
Əvvəllər müxtəlif yerlərdə ödəniş etdiyiniz halda, indi bayram və həftə sonları olmadan, ödənişi bir yerdən etmək imkanı əldə edrisiniz. Tez, asan, rahat və təhlükəsiz!
E-pul vasitəsilə nələri ödəyə bilərsiniz?
- TV və İnternet provayderlərin xidmətlərinin ödənişini
- Kommunal xidmətlərinin ödənişini
- Bank xidmətlərinin ödənişi
- Bütün növ TV xidmətlərinin ödənişini
- Ali&Nino onlayn kitab mağazasının xidmətlərinin ödənişini
Android əməliyyat sistemi ilə çalışan telefonlar üçün E-pul mobil tətbiqi mövcuddur. Proqramı bu linkə keçərək yükləyə bilərsiz: play.google.com/store/apps/details…
E-PUL-un hansı xidmətləri mövcuddur?
- Bonuslar - "E-Pul" elektron pul kisəsi sahiblərinin daha da motivləşdirilməsi üçün sayt rəhbərliyi tərəfindən xüsusi bonus proqramlar işlənib hazırlanır. Hər bir tranzaksiya bonus vəsaitlərinin həcmini artıracaqdır. Yığılmış bonusları isə real vəsaitlərə çevirmək, xüsusi endirimlər və hədiyyələr almaq mümkündür.
- Borclar –Burada elektron pul kisəsinin sahibi borclu olduğu ödəməalanların siyahısını yarada bilir. "Borclar" bölməsində ödəmə punktunun indeksasiya edilməsi zamanı istifadəçi hər hansı müəyyən bir servis üzrə borcunun olması barədə məlumatlı olur və müvafiq olaraq onun ödənişi vaxtını da özü nizamlayır.
- Avtomatik ödəniş - çox rahat bir xidmət növüdür. Bu servis, "E-Pul" elektron pul kisəsinin sahibi olan istifadəçiyə özünün bilavasitə iştirakı və hər hansı hərəkəti olmadan sistematik ödənişlərin avtomatik silinməsini həyata keçirməyə imkan verir. "E-Pul" istifadəçisinin nəinki avtomatik ödənişin dövriliyini (hər ay, hər həftə, hər gün), hətta ödənişin baş vermə vaxtını və saatını belə seçmək imkanı vardır. Əgər "E-Pul" istifadəçisi dövri ödənişləri saxlamaq qərarına gələrsə, onda bu halda onun şəxsi kabinetində müxtəlif imkanlar yaranır.
- Kartın qeydiyyatı - Bu, kartda olan məlumatların daim əl ilə daxil edilməsi kimi üzücü bir prosedur tələb etməyən sadələşdirilmiş ödəniş sistemidir. Ödəniş həyata keçirmək üçün sadəcə "E-Pul"da avtorizə olunub mal və ya xidmətin dəyərini ödəmək istədiyiniz bank kartının kiçik şəklinin üzərinə tıklamaq kifayətdir. Təbii ki, bu zaman alış-verişin məxfiliyi və təhlükəsizliyi kartda olan bütün məlumatların bir-bir daxil edilməsi praktikası ilə müqayisəedilməzdir. Ödəmənin rahatlığı ilə yanaşı, kartın şəxsi kabinetdə qeydiyyatı zamanı, hətta ödəmə anına şəxsi hesabda pul vəsaitləri olmadığı halda belə mal və xidmətlərin ödənilməsi imkanı da nəzərdə tutulmuşdur.
- Ödəmələrin tarixçəsi - Bu bölmədə istifadəçinin "E-Pul" sistemində qeydiyyata düşdükdən sonra etdiyi bütün ödəmələr haqqında məlumat toplanmışdır. "E-Pul" istifadəçisi zəruri ödəməni onun edildiyi tarix üzrə, şirkətin adı üzrə, məbləğ üzrə və s. filtrlər üzrə tapa bilər.
- Tez-tez edilən ödənişlər - Şəxsi kabinetin interfeysində yerləşdirilmiş bu xidmətin yaradılmasında məqsəd, daha tez-tez istifadə olunan ödənişlərə "E-Pul" elektron pul kisəsi sahibləri üçün sürətli əlçatarlıq imkanı verməkdir. Sistem daha tez-tez həyata keçirilən birdəfəlik ödənişləri həyata keçirmək üçün bütün zəruri məlumatları saxlayır. “E-Pul” istifadəçisi, sistemdə nəzərdə tutulmuş vasitələrlə tez-tez edilən ödənişlər siyahısından bir və ya bir neçə ödəməni "Borclar" və "Avtomatik ödənişlər" bölmələrinə keçirmək imkanına da malikdir.
E-Pul təhlükəsizliyi təmin edirmi?
Məlumatların şifrələnməsinin ən yeni proqram-aparat həlləri, yüksək səviyyəli platformalar və məlumatların ikitərəfli təhlükəsizlik kanalları “E-Pul” elektron ödəniş sisteminin və ödəmələrin təhlükəsizliyini təmin edir. “E-Pul” təhlükəsizlik standartının tələbləri informasiya infrastrukturunun bütün səviyyələrdə imtinaya davamlılığını təmin etməyə yönəlmişdir. Təhlükəsizlik fasiləsiz monitorinq və müntəzəm keçirilən audit vasitəsilə təmin edilir. Xüsusi tədris keçmiş personal müəyyən edilmiş prosedurlara uyğun olaraq informasiya sistemlərini idarə edir. “E-Pul” müştərilərinin pul vəsaitlərini və şəxsi məlumatlarını qorumaq üçün dələduzluq hərəkətlərinin aşkar edilməsi və vaxtında onların qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Mövcud olan təhlükələr barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə bölmə hazırlanmışdır. Bölmədə biz təhlükəsizliyin təmin edilməsi üzrə əsas tədbirləri və tövsiyələri təqdim etməyə çalışmışıq.