E-Pul - İlin ödəniş sistemi mükafatına layiq görülüb | Banco.az

E-Pul - İlin ödəniş sistemi mükafatına layiq görülüb

Banco.az saytının 2018-ci il bank və maliyyə sahəsinin ən yaxşılarını təyin etdiyi səsvermə yekunlaşdı. 2018-ci il bank və maliyyə sahəsində bir sıra maraqlı hadisələr, kampaniyalar, yeniliklər və innovasiyalar ilə yadda qaldı. Portalın "Ən yaxşı"ları seçdiyi səsvermədə E-Pul “İlin ödəniş sistemi” nominasiyasında qalib oldu.

E-Pul Azərbaycanda Android və İOS sistemlərində işləyən-mobil tətbiqi təqdim edən və online rejimdə vəsaitlərin kartdan-karta köçürülməsinə imkan yaradan ilk ödəniş sistemidir. E-Pul layihəsi “Paysis”  MMC tərəfindən hazırlanmış və bu şirkətə məxsusdur. Qısa zamanda Azərbaycanda lider şirkət olmaq və beynəlxalq səviyyədə tanınmaq, uzun zamanda isə dünya miqyaslı tanınmış şirkət olmağı hədəfləyən E-Pul səslərin 30%-i toplamaqla birinci yerə sahib çıxdı. 

Missiyası istifadəçilərə bütün mümkün istiqamətlərdə, minimal xərclərlə, maksimal sürətlə, rahatlıqla, əlçatan və təhlükəsiz formada pul vəsaitlərinin köçürülməsinə imkan yaratmaq olan “E-Pul”u təbrik edir, işlərində uğurlar arzulayırıq.  

Mükafatı Banco.az portalının rəhbəri Fərid İslamov, Epul.az ödəniş sisteminin və Paysis MMC-nin direktoru Samir Nəsibova təqdim edib.