E-PUL elektron ödəniş sistemi mükafat qazandı | Banco.az

E-PUL elektron ödəniş sistemi mükafat qazandı

E-Pul elektron ödəniş sistemi NETTY 2015 Azərbaycan Milli İnternet Mükafatının servis-saytlar nominasiyası üzrə qalibi olmuşdur.

NETTY – bütün dünyadan yüz mindən artıq İnternet  istifadəçisini bir araya toplayan və hər bir ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsi hesab olunan mükafatlandırma sistemidir.

NETTY2015 Azərbaycan cari ilin mart ayının 1-dən start götürüb, iştirakçılar 24 aprelə qədər qeydiyyatdan keçiblər. 25 aprel – 4 mat tarixlərində isə NETTY2015-in nominantları seçmək üçün Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilib.

Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi – xüsusi təşkil olunan mükafatlandırma mərasimində qaliblərə təqdim edilib.

Qeyd edək ki, E-Pul elektron ödəniş sistemi olub, müxtəlif qurğu və əlaqə kanalları vasitəsilə sizə ödənişlər həyata keçirməyə imkan verir. İstənilən internet istifadəçisi E-Pulda qeydiyyatdan keçərək, ani online ödəmələr həyata keçirməyə müvəffəq olur.

Ən sərfəli kredit üçün müraciət et

Proyektin əsas məqsədi  - bank kartları üzrə internet ödənişləri heç bir istisnasız olaraq, bütün internet istifadəçiləri üçün asan, anlaşılan və əlçatan etməkdir.  

Digər nominasiyalar üzrə qaliblərin siyahısı ilə aşağıda tanış ola bilərsiniz.

Siyahı

 

Ən sərfəli krediti almaq üçün müraciət et