e-CBAR platforması yaradılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

e-CBAR platforması yaradılacaq

Azərbaycan Mərkəzi Bankı avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və beynəlxalq standartlar üzrə sertifikatlaşdırılması məqsədi ilə tender elan edir.  

"APA-Economics" xəbər verir ki, tender üç  - Mərkəzi Bankda Menecment İnformasiya Sisteminin yaradılması, Mərkəzi Bankda bir pəncərə prinsipinə əsaslanan e-CBAR platformasının yaradılması və Mərkəzi Bankın beynəlxalq İSO27001 standartları üzrə sertifikatlaşdırılması lotları üzrə keçiriləcək.

İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 1 və 2-ci lotlar üçün 200 manat, 3-cü lot üzrə isə 100 manat məbləğində vəsait köçürməlidirlər. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə ABŞ dollarında ödəyə bilərlər.

Tender proseduru iyulun 29-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək.