DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 4% artıb | Banco.az

DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 4% artıb

2025-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 923,5 milyon manat təşkil edib.

Məlumata görə,  bu mənbədən vergi daxilolmaları proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz çox icra edilib.

    Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artıb.

    Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 15,5 milyard manat köçürülməsi proqnozlaşdırılır. Beləliklə, hesabat dövründə həmin məbləğin 44,7 %-i təmin olunub.