DVX xətti ilə büdcəyə daxilolmalar artıb | Banco.az

DVX xətti ilə büdcəyə daxilolmalar artıb

2025-ci ilin I rübündə dövlət büdcəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3% artaraq 4 380,6 milyon manat təşkil edib.

Hesabat dövründə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7% azalaraq 1 430,5 milyon manat təşkil edib.

    Qeyd edək ki, cari ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 733,4 milyon manat, dövlət büdcəsinin xərcləri isə 8 115,0 milyon manat təşkil edib.

    Xatırladaq ki, 2025-ci ildə dövlət büdcəsi gəlirlərinin 15 milyard 500 milyon manatı və ya 40.5%-i Dövlət Vergi Xidməti (DVX) xətti ilə daxilolmaların, 6 milyard 600 milyon manatı və ya 17.2%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların payına düşür.

    apa