"Duty Free"nin yaradıcısı vəfat edib | Banco.az

"Duty Free"nin yaradıcısı vəfat edib

Müəllif : Mehin Qasımova/Banco.az 

"Duty Free" Shoppers-ın yaradıcısı olan və təxminən səkkiz milyard dollar bağışlayan amerikalı iş adamı  Charles Feeney  vəfat edib.

Banco.az xəbər verir ki, Forbes siyahısında adı olan  iş adamı sağlığında demək olar ki, bütün sərvətini xeyriyyəyə bağışlayıb. 

O, 1988-ci ildə ilk dəfə nəşrin ən zəngin amerikalılar siyahısına daxil edilib. O vaxt onun  sərvəti 1,3 milyard dollar qiymətləndirilirdi.Lakin sonradan məlum oldu ki, o zaman iş adamının kapitalı daha böyük idi və sahibkar onun böyük hissəsini gizli şəkildə xeyriyyə fonduna köçürüb. Fond səhiyyə, elmi araşdırmalar və insan haqları fəaliyyətlərinə milyonlar pul bağışlayıb. Xüsusilə, təşkilat Cənubi Afrikada QİÇS -lə  mübarizə və İrlandiyada  universitetlərin inkişafı layihələrini dəstəkləmişdir. 

Məlumata görə, amerikalı iş adamı  özü və həyat yoldaşı üçün  iki milyon dollar təqaüd qoyub. Xatırladaq ki, Charles Feeney “Duty Free Shoppers”un əsasını 1960-cı ildə Robert Miller ilə birlikdə qoyub.

Feeney 1997 -ci ildə "Duty Free" şirkətinin səhmlərini Louis Vuitton Hennessy-ə satdıqdan sonra xeyriyyəçi kimi tanınıb. Milyarder “Yaşayarkən ver” hərəkatının yaradıcılarından biri olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram