Düşüncələrimizi necə mükəmməlləşdirə bilərik? | Banco.az

Düşüncələrimizi necə mükəmməlləşdirə bilərik?

Aida İsaq, Banco.az

Yaşadığımız mühit, hadisələr bəzən bizi pessimizmə və bədbinliyə sövq edə bilər. Belə hallarda, hər şeyi tənqid edə və yaxşı şeylərə göz yuma bilərik. Ancaq uzun və mənalı həyat yaşamaq istəyirsinizsə, düşüncə tərzinizi dəyişdirməli və gücləndirməlisiniz. Gözlərinizi açıb ətrafınızdakı gözəllikləri görmək sizi daha xöşbəxt edəcək. Yalnız bu şəkildə hadisələri düzgün qiymətləndirə və həyatınızı dəyərləndirə bilərsiniz.

Xoşbəxt olmaq bir həyat seçimidir. Buna görə də düzgün qərarlar vermək önəmlidir. Bəzən həyat davamlı olaraq əlimizdə olanları almağa və bizi incitməyə çalışar. Bu zaman ayağa qalxmağı seçsəniz, həm özünüzün həm də başqalarının da ilham mənbəyi ola bilərsiniz.

Hər zaman şikayət etmək sizi hərşeydən soyudaraq hissizləşdirə bilər. Bunlar sizin əhvalınızı bir müddətlik yaxşılaşdıra bilər. Ancaq vəziyyəti dəyişdirmək üçün bir şey etmək lazımdır.

Sosial media bir cəmiyyətdir. Özümüzü yoxlamaq və sübut etmək üçün sosial mediadan faydalı istiqamətlərdə nə qədər çox istifadə etsək, ətraf mühitimiz üçün daha yaxşı bir dəyişikliyə imza atmış olarıq.

Fərqliliklərdən qaçmaq lazım deyil. Bəzən ətrafımızdakılara müxtəlif səbəblərdən bizdən fərqli olduğu üçün qəzəblənə bilərik. Ümumiyyətlə isə bizə bənzəyən insanlarla bərabər olmağı sevirik. Ancaq unutmaq olmaz ki, fərqli insanlarla ünsiyyət qurmaq insan psixologiyasını inkişaf etdirən yollardan biridir.

Həvəsin ilk düşməni qısqanclıqdır. Özünüzü daima daha uğurlu insanlarla müqayisə edərək, əldə edəcəyiniz nailiyyətlərin ya sayını azaldarsınız ya da zamanınızı boş keçirərsiniz. 

Çılğın olmaq həyatda yaşaya biləcəyiniz hərşeydən zövq almağınıza şərait yaradacaq. Həyatda hər zaman düşünərək addım atmaq vacib deyil. Sevmək, əylənmək, hansısa dağdan paraşütlə tullanmaq, dəniz kənarında ocaq qalayaraq isinmək hər birimizin həyatda edəcəyimiz "olmazsa olmaz"-lar siyahısında yer almasa da etməmək də günah sayıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Kiçik uğurları belə qeyd edərkən həyat daha maraqlı olur. Kredit borcunu yeni ödəyib bitirdiniz? Yaxud 3 günlük layihənizi bitirdiniz? Planlarınızdan öncə yaxınlarınıza, ailənizə, sevdiklərinzə zaman ayırmağı unutmayın.

Keçmiş xatirələr onlardan necə istifadə etməyinizdən asılıdır. Keçmiş sizi həbs etməz və ya başınıza gələn problemlərdən xilas etməz. Buna görə də, davam etməyi və şərtləri dəyişdirməyi öyrənin. Bu yolla həyat daha mənalı olur.

Başqalarını günahlandırmaqdan çəkinin. Kompromisə getmək əhvalımızı pozmaqdan başqa işə yaramaz. Lazım gələrsə, məsuliyyəti öz üzərinizə götürün və vəziyyəti düzəltmək üçün səy göstərin.

Bəzən, səmərəli işləmək üçün niyə işlədiyinizi xatırlamaq lazımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et