Durovun həbsinə görə Fransa 17 milyard dollar itirib | Banco.az

Durovun həbsinə görə Fransa 17 milyard dollar itirib

Müəllif:Ayşən İmanova/Banco.az

“Telegram”ın yaradıcısı Pavel Durovun saxlanılması ilə əlaqədar Fransa hökuməti xeyli maliyyə itkisinə məruz qalıb.

Banco.az xəbər verir ki, bu barədə alman iş adamı  və aktivist Kim Dotkom “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Durovun həbsindən bir gün sonra Fransa çox böyük itkilər verib. BƏƏ 80 yeni nəsil Rafale döyüş təyyarəsinin alınması ilə bağlı böyük müqaviləni dondurmaq qərarına gəlib.

Qeyd edilib ki, müqavilə 17 milyard dollar dəyərində qiymətləndirilir və bu məbləğin itməsi Fransa iqtisadiyyatına ciddi zərbə vura bilər. 

Dotkom həmçinin vurğulayıb ki, Pavel Durov BƏƏ vətəndaşıdır və baş nazirin müavini Həmdan Əl Maktumun yaxın dostudur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram