Müəllif:Ayşən İmanova/Banco.az
“Telegram” messencerinin təsisçisi Pavel Durov maaşının ildə 1 BƏƏ dirhəmi (təxminən 0,27 dollar) olduğunu açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.
Məlumata görə, sahibkar bunu Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra istintaqa ifadəsində deyib.
2017-ci ildə Durov vergilərin azlığını əsas gətirərək “Telegram”ın baş ofisini Berlindən Dubaya köçürüb. 2022-ci ildə isə sahibkar BƏƏ vətəndaşlığı alıb.
Nəşr qeyd edir ki, Durov özünü asket kimi təqdim etməyi xoşlayır, lakin "demək olar ki, sıfır" maaşı ilə multimilyarderdir.
Xatırladaq ki, “Forbes” dünya siyahısında Durov 15,5 milyard dollarlıq sərvətlə 127-ci yerdə qərarlaşıb. “Bloomberg” isə onun sərvətini 9,07 milyard dollar qiymətləndirir.
Bizi sosial şəbəkələrdən izləyin!!