Dünyanın üçüncü ən böyük kriptovalyutası açıqlanıb | Banco.az

Dünyanın üçüncü ən böyük kriptovalyutası açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

XRP (Ripple) kriptovalyutası 139 milyard dollarlıq bazar kapitallaşması ilə USDT-ni (ABŞ dolları dəyərinə bağlı olan “Ethereum” tokeni, “Tether”) ötüb keçib.

Banco.az xəbər verir ki, bu barədə coingecko.com məlumat yayıb.

Qeyd olunur ki, XRP-nin bazar kapitallaşması 139 119 747 733 dollar təşkil edir. Bu göstəriciyə görə, token “CoinGecko” reytinqində 3-cü yeri tutur.

Ən sərfəli kredit üçün müraciət et

“XRP-nin qiyməti son yeddi gündə 10,4% artıb. Bu, 3,9% artan qlobal kriptovalyuta bazarının göstəricisindən daha yaxşıdır”, - hesabatda vurğulanır.

Qeyd edək ki, bazar kapitallaşması XRP tokenlərinin qiymətini onların dövriyyədəki sayına vurmaqla hesablanır (hazırda bazarda 57,41 milyard token var).