Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyanın üçüncü ən böyük kriptovalyuta birjası “Kraken” 1100 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, kriptovalyuta bazarındakı dəyər itkisi əməliyyat həcmlərinə mənfi təsir göstərdiyi üçün sektorun gəlirliliyi azalır.
Kriptovalyuta ticarət platforması “Kraken” də işçi qüvvəsinin 30 faizini təşkil edən 1100 işçini işdən çıxarmaq qərarına gəlib.
Gündəlik ticarət həcminə görə dünyanın üçüncü ən böyük kriptovalyuta birjası olan Kraken bu addımı platformanın rəqibləri “Coinbase” və “Gemini”nin oxşar qərarlarından sonra atıb.
“Kraken”in son dövrdə sürətlə böyüdüyü, lakin bu ixtisarla şirkətin işçi qüvvəsinin bir il əvvəlki vəziyyətinə qayıdacağı bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!