Müəllif - Aida İsaq, Banco.az
Dünyanın ən böyük suveren fondlarının reytinqi açıqlanıb.
Banco.az xəbər verir ki, ilk sırada aktivləri 1,35 trilyon dollar təşkil edən Çin İnvestisiya Korporasiyası qərarlaşıb. 2021-ci ilin sentyabr ayı ilə müqayisədə fondun aktivləri 129 milyard dollar artıb. Müvafiq dövrdə aktivlərini 133 milyard dollar azaldan Norveç isə ikinci pilləyə enib. Səudiyyə Ərəbistanı Dövlət Suveren Fondu isə 607,42 milyard dollar aktiv səviyyəsi ilə reytinqində altıncı yerə yüksəlib.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında dünya üzrə suveren fondların aktivlərinin ümumi həcmi 10,12 trilyon dollar təşkil edib. 2021-ci ilin sentyabrında isə müvafiq göstərici 10,3 trilyon dollar səviyyəsində müəyyənləşib.
Bizi sosial şəbəkələrdən izləyin!!