Dünya milyarderlərinin Forbesdə qadınlar üçün yeni siyahısı açıqlanıb. 172 nəfərdən 197-ə qədər artan ümumi qadınların ümumi sərvəti 1,826 milyard dollar müəyyən edilib. Bu böyük qazancdır, lakin qadınlar hələdə siyahının sadəcə az faizinə malikdirlər (ümumi məbləğin 11 faizi).
Christy Ualton, Ual-Mart pərakəndə satış sahəsinin varisi dünyanın ən zəngin qadını titulunu qoruyub saxlayır. John Ualtonun dul qadını 6 ildə 5-ci dəfədir ki, mövqeyini saxlamağı bacarır. Forbes onun sərvətini bir il ərzində 36,7 milyardan 41.7 milyard dollara qədər artığını müəyyənləşdirib.
Liliane Bettecourt, Loreal kosmetikalar sərvətinin əsas varisi, ikinci sırada durur, 1 il ərzində eyni pilləni qoruyub saxlayır. 92 yaşlı Bettencourtun varidatı 40,1 milyard dollar təşkil edir. O atasının yaratdığı şirkətə aid deyil. Onun nəvəsi Jean Victor Meyers 2012-ci ildə onu əvəz etdi. Yanvarda Bettencourtdan yüz milyonlarla avro oğurlamağa 10 nəfər təşəbbüs göstərib.
3-cü ən zəngin qadın Alice Ualton, Ualmartın yaradıcısı Sam Ualtonun qızıdır. 39,4 milyard dollar sərvətə malik bu qadın gəlirlərini əsasən incəsənətin inkişafına xərcləyir. 2011-ci ildə Arkansasda, Bentonvildə Amerika İncəsənət Kristal Körpülər Muzeyi açdı.
Ən varlı qadınların siyahısına yeni daxil olanlardan biri fevralda vəfat edən İtalyan şirniyyatı və Nutella maqnatının sahibi olan Michele Ferreronun dul qadını Maria Franca Fissolodur. Fissolo və onun oğlu Giovanni Ferrero, Ferrero Qrupunun baş icraçısı, dünyanın ən böyük şokolad sərvətinin, Kinder şokoladları, Ferreo Rocher şokoladı və Tic Tac kimi məçhur brendlərin varisidir. Forbes Fissolo və onun oğlunun sərvətini 23,4 milyard dollar hesablayıb. O siyahıda 5-ci ən zəngin qadındır.
6-cı ən zəngin qadın Apple-ın təsisçisi Steve Jobsun dul qadını Laurene Pouell Jobs Silikon vadisində və təhsil sahəsində vacib şəxs hesab olunur. Onun sərvəti 19,5 milyard dollardır. O tələbələrin kolleci bitirməsi məqsədilə bir neçə sosial islahatlar həyata keçirib.
Milyarder qadınların əksəriyyəti ya həyat yoldaşlarının ya da atalarının varisləridir. 197 qadından yalnız 29-u öz hesabına milyarder olublar. 31 yaşlı Elizabeth Holmes öz hesabına varlanan ən gənc qadındır. O Stanfordda daha yaxşı qan testi üçün bir damla qandan istifadə edərək çıxış etdi. Onun bu təklifi səhmdarlar tərəfindən 2014-cü ildə 9 milyard dollarla qiymətləndirildi və o 4,5 milyard dollar verərək şirkətin yarısına sahib oldu.