Dünyanın ilk süni intellektə əsaslanan lokallaşdırılmış radio stansiyası təqdim edilib | Banco.az

Dünyanın ilk süni intellektə əsaslanan lokallaşdırılmış radio stansiyası təqdim edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Artıq süni intellekt texnologiyası ilə radio yayımı etmək mümkün olacaq.

Banco.az xəbər verir ki, Ohayoda yerləşən “Futuri Media” şirkəti dünyanın ilk süni intellektə əsaslanan “lokallaşdırılmış” radio stansiyası olan “RadioGPT”ni təqdim edib.

“ChatGPT”də də rast gəldiyimiz GPT-3 dil modeli əsasında hazırlanmış “RadioGPT” radio yayımı etmək istəyən hər kəsə yayım axını yaratmağa imkan verir.

“RadioGPT” GPT-3 proqram təminatına əlavə olaraq, sosial mediada məzmunu skan edə bilən TopicPulse adlı sistemdən də istifadə edir. Bu funksiya ilə RadioGPT sosial mediada trend olan mövzuları skan edir və hansı mövzularda danışılacağını və hansı musiqinin səsləndiriləcəyini GPT-3-ə ötürür. Bununla da, radioda hər kəsi maraqlandıran mövzular müzakirə edilir, trend musiqilər səsləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

TopicPulse adlı sistem sayəsində “RadioGPT” real vaxt rejimində yolların vəziyyəti və hava şəraiti kimi yerli məlumatları da ötürür. Bundan əlavə, radioda danışan süni intellektin səsi tələbata uyğun olaraq dəyişdirilə bilər. Belə ki, süni intellekt müəyyən vaxtda radionu qadın səsi ilə təqdim edərkən, proqrama uyğun olaraq kişi səsinə keçə bilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et