Dünyanın ilk kosmik oteli bu tarixdə açılacaq | Banco.az

Dünyanın ilk kosmik oteli bu tarixdə açılacaq

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın Kaliforniya ştatında yerləşən "The Gateway" fondunun nəzdində fəaliyyət göstərən "Orbital Assembly Corporation" (OAC) tərəfindən hazırlanan "Voyager Stansiyası" dünyanın ilk kosmik otelinə ev sahibliyi etməyə hazırlaşır. İlk müştərilərini 2027-ci ildə qəbul edəcəyi planlaşdırılan otelin 3 günlük qiyməti 5 milyon dollar olacaq.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən şirkət bu yaxınlarda etdiyi açıqlamada 2025-ci ildə dünyanın ilk kosmik otelinin inşasına başlayacaqlarını elan edib. 2027-ci ildə fəaliyyətə başlayacaq yeni kosmik stansiyanın içərisində otellə yanaşı restoran və kinoteatr kimi məkanlar da olacaq.

Ümumilikdə məskunlaşma məntəqəsi kimi hər biri 12 metr enində və 20 metr uzunluğunda 24 moduldan ibarət olacaq kosmik stansiyanın hər modulu 3 mərtəbəli inşa ediləcək və 500 kvadrat metr yaşayış sahəsinə malik olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən kosmik otel Dünya ətrafındakı səfərini hər 90 dəqiqədən bir başa çatdıracaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et