Dünyanın ilk fond birjası harada yaradılıb? | Banco.az

Dünyanın ilk fond birjası harada yaradılıb?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Banco.az xəbər verir ki, dünyanın ilk birjası Anadoluda, indiki Türkiyə ərazisində, Kütahya Çavdarhisarda yerləşən Antik Roma şəhəri olan “Aizanoi”də yaradılıb. Təxminən 1750 il əvvəl yaradılan bu birjanın məqsədlərindən biri də inflyasiya ilə mübarizə olub.

Romalılar tərəfindən inşa edilən “Aizanoi” antik bölgəsində yerləşən və b.ə 250–ci illərində təsis edildiyi fərz edilən bir ərzaq bazarı digərlərindən olduqca fərqli idi. Bazar yerinin divarlarında qeyd edilən yazılar burada satılan malların çarpaz (bir-biri ilə əlaqəli) qiymətlərini də göstərirdi.

Tikilinin dairəvi forması bizə Çikaqodakı müasir fond birjalarının “Çala”larını (Pit) xatırladır.

Mərmər sütunlar üzərində Latın və Yunan dilində kürk, parça, dəri və toxuma əşyalar, taxta ləvazimatları, ayaqqabı, səbət, mərmər, ip, tibbi və kimyəvi maddələr, dərman preparatları, ədviyyatlar kimi bir çox məhsul və xidmətin qiymətinin bir-birinə qarşı dəyəri göstərilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qızıl, gümüş və digər qiymətli metallar, meyvə, ipək, canlı heyvan qiymətləri, daşınma və xidmət qiymətlərinin qeyd edildiyi sütunlar isə müasir birjalarda alıcı və satıcıların izlədiyi rəngli qiymət ekranlarını xatırladır.

Görünür ki, çarpaz qiymətlər birja sistemində qiymət artımına nəzarət vasitəsi olaraq seansdan əvvəl müəyyən edilib. Aralıq dənizi və ətrafındakı Roma torpaqlarında müəyyən malların mübadilə qiymətləri tam olaraq müəyyən olunaraq insanlara qiymət şəffaflığı təmin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et