Dünyanın ilk bitkoin-bankı fəaliyyətə başlayıb | Banco.az

Dünyanın ilk bitkoin-bankı fəaliyyətə başlayıb

Vyana şəhərində (Avstriya) dünyanın ilk rəsmi bitkoin-bankı açılıb. "Bitcoin-bank" adlanan bank Berlinin çox da böyük olmayan "Bit Trust Services" startap şirkəti tərəfindən təsis edilib. Burada müştərilər kriptovalyuta haqqında məsləhət almaqla bərabər sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsi sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə dəyişə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avstriya kriptovalyuta tədavülünə maneə yaratmayan bir neçə ölkədən biridir. Bu ölkədə 3 il bundan əvvəl ilk bitkoin-bankomat fəaliyyətə başlayıb. Vyanada isə hazırda 20-yə yaxın müəssisə və şirkət bitkoinlə ödənişləri qəbul edir.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et