Dünyanın ilk almaz formalı sikkəsi hazırlandı - QİYMƏTİ | Banco.az

Dünyanın ilk almaz formalı sikkəsi hazırlandı - QİYMƏTİ

Elə gün yoxdur ki, dünyamızda maraqlı yeniliklər olmasın. Odur ki, bu xəbərlərdən biri Kanadadan gəldi. Belə ki, Kanadada almaz şəklində sikkə hazırlanıb. Görünüş baxımından cəlbedici bir formaya sahib olan pul vahidinin qiyməti də olduqca təəccüblüdür. Ancaq qiymət barədə danışmazdan əvvəl, bu almaz formalı sikkəyə nəzər salaq.

Üstü almazdan hazırlanan elə almaz formalı sikkə

99.99 faiz təmizliyi olan 3 unsiya (təxminən 85 qram) sikkədə 0.20 karatlıq almaz var. Sözügedən məhsul Şimali Ontarionun Viktor mədəni 2019-cu ildə bağlanmazdan bir qədər əvvəl çıxması ilə məşhurlaşıb. Sikkənin üstündə Kraliça II Yelizavetanın portreti də var. Bu portreti hazırlayan şəxs Kanadanın məşhur portret rəssamı Susanna Bluntdur.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamaya görə, Kanadada istehsal olunan sözügedən almaz formalı sikkə xüsusi dizaynla hazırlanmışdır. Beləliklə, məhsulu tam formaya gətirib çıxarmaq bir qədər zaman alıb. Sikkənin ən yüksək keyfiyyətə sahib olmasını təmin etmək üçün bir çox sınaqdan keçirilib.

Sikkənin altında kollektor əşyası var ki, ona həkk olunmuş bucaqlı almaz kəsimi əzəmətinin daha aydın görünməsini təmin edir. Bu maddə 700 ədəd olduğuna görə pulu almaq istədiyiniz zaman Kanada kralından orijinal sertifikat da əldə etmək lazımdır.

Almaz formalı sikkənin dəyəri 50 dollar, satış qiyməti isə 1,123 dollardır. Bu, bugünkü məzənnə ilə təxminən 1,9090 manatdır.

Aida İsaq, Banco.az