Dünyanın ilk ağıllı bibər qazı cihazı təqdim edilib | Banco.az

Dünyanın ilk ağıllı bibər qazı cihazı təqdim edilib

Müəllif - Aida İsaq, Banco.az

CES 2023 texnologiya sərgisində dünyanın ilk ağıllı bibər qazı modeli təqdim edilib.

Banco.az xəbər verir ki, yeni modelin hədəf auditoriyasını gənc qızlar və qadınlar təşkil edir. Cihazın hazırlandığı dizayn onu geyim parçasına, cibə və ya çantaya bərkitməyə imkan verir. Müvafiq modelin digər fərqli xüsusiyyəti isə “Bluetooth” vasitəsilə smartfona qoşula bilməsidir. Cihazın sahibi tətiyi çəkdiyi halda onun yaxınlarının əlaqə vasitələrinə təhlükə barədə xəbərdarlıq etmək üçün ismarıclar göndərilir. Mesajla həmçinin həmin şəxsin oldu məkanı da görmək mümkün olacaq.

Cihazın qiyməti 35 dollar təşkil edir. Cihazın cari ildə satışa çıxarılacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et