Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən zəngin 500 adamının sərvəti səhmlərin çökməsi səbəbindən bir gündə 134 milyard dollar azalıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Amazon”un qurucusu Ceff Bezosun sərvəti bir gündə 15 milyard dollardan çox azalaraq 191,5 milyard dollara çatıb.
Agentlik qeyd edir ki, bu bir günlük çöküş onun boşandıqdan sonra sərvətinin 36 milyard dollar azaldığı 4 aprel 2019-cu il tarixindən və “Amazon” səhmlərinin 14% ucuzlaşdığı 29 aprel 2022-ci il tarixindən sonra üçüncü ən böyük çöküşü olub.
“Tesla” sahibi İlon Mask və proqram təminatı şirkəti “Oracle” qurucusu Larri Ellison da cümə günü xeyli pul itirib. Onların itkiləri müvafiq olaraq 6,6 milyard və 4,4 milyard dollar təşkil edib. Bu arada “Meta” şirkətinin baş direktoru Mark Zukerberq texnologiya sektorunda səhm qiymətlərinin düşməsi səbəbindən 3 milyard dollardan çox itirib.
Qeyd edək ki, Mask təxminən 234,5 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı olaraq qalır. Bezos ikinci, fransız Bernard Arno isə üçüncüdür. “Louis Vuitton”, “Christian Dior” və “Givenchy” kimi brendlərin arxasında duran Fransız şirkəti “LVMH”nin rəhbərinin sərvəti təxminən 167 milyard dollardır.
Bizi sosial şəbəkələrdən izləyin!!