Dünyanın ən zəngin insanının hesabı "hack" olunub | Banco.az

Dünyanın ən zəngin insanının hesabı "hack" olunub

Səudiyyə Ərəbistanın vələhd şahzadəsi Muhammed bin Salmanın “WhatsApp” hesabından göndərilən video mesaj vasitəsi ilə ABŞ-ın onlayn alış-veriş platforması “Amazon”un və “Washington Post” qəzetinin sahibi dünyanın ən zəngin insanı Jeff Bezosun mobil telefonu haker hücumuna məruz qalıb.

Mütəxəsislər bin Salmanın telefonundan göndərilən mesajda “böyük ehtimalla” zərərli olan kodlar aşkarlayıb.

Məlumata görə, 2018-ci ilin mayın 1-də göndərilən mesajdan sonra Bezosun hesabından genişmiqyaslı məlumatların oğurlandığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Haker hücumundan 9 ay sonra isə ABŞ-ın bulvar qəzeti "Milli Enquirerda"(National Enquirer) J.Bezosun şəxsi həyatına aid məlumatların çap olunmağa başlandığı vurğulanıb.

Qeyd edək ki, “National Enquirer” qəzetinin sahibi ilə şahzadə arasında yaxın münasibətlər var.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et