İngiltərənin ən zəngin üçüncü şəxsi, böyük torpaq sahibi aristokrat Vestminister əyalətinin dyuku Gerald Cavendish Grosvenor öldükdən sonra 11 milyard 700 milyon dollarlıq bir sərvət buraxdı. Ölümündən sonra Birləşmiş Krallıqdakı Vestminister 7-ci dyuku olan Hugh Richard Louis Grosvenor, atasından qalan mirasla birlikdə dünyanın ən zəngin gənci oldu.
Dyuk ünvanını 1979-cu ildə atasının ölümüylə əldə edən və sonrasında ailə işlərinin başına keçən Gerald Cavendish Grosvenor, Independent qəzetinə verdiyi bir müsahibəsində, "Əgər seçim şansım olsaydı, belə varlıqlı bir həyatı əsla seçməzdim, amma yenə də bu həyatı tərk etməyi əsla düşünmədim" söyləmişdi.
İndisə Gerald Cavendish Grosvenor-un öz 25 yaşındakı oğlu onun ölümündən sonra hal-hazırda mənzil qiymətlərinin astronomik səviyyədə olduğu Belgravia və Mayfair bölgələri də daxil "Londonun yarısı" nın sahibidir.