Dünyanın ən yaxşı şirkətləri müəyyən edilib | Banco.az

Dünyanın ən yaxşı şirkətləri müəyyən edilib

Dünyanın ən yaxşı və işləmək üçün ən əlverişli şirkətlərini müəyyən etmək məqsədilə geniş miqyaslı bir araşdırmaya başlayan Amerika mənşəli biznes jurnalı “Fortune” dünya üzrə bir çox şirkətin işçilərinin iştirakı ilə anket sorğusu həyata keçirib.

Bugünkü məqaləmizdə sözügedən anketə əsasən tərtib edilmiş dünyanın ən yaxşı 10 şirkəti ilə sizləri tanış edəcəyik.

1. Salesforce

Salesforce dünyanın ən yaxşı CRM - Müştərilərlə iş siyasəti üzrə proqram sistemini yaradan bulud informasiya şirkətidir.

Mərkəz: ABŞ

Sektor: İnformasiya Texnologiyası

İşçilərin sayı: 32 000

Aktiv fəaliyyətdə olduğu ölkələr: Avstraliya, Kanada, Fransa, Almaniya, Hindistan, İrlandiya, Yaponiya, Sinqapur, Hollandiya, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları

İşçi rəyləri:

“Sosial məzmunlu layihələrə liderlik etməyə olduqca həvəsli bir şirkətimiz var. Könüllülük prinsipi şirkətin mədəni dəyərlərindən birinə çevrilib. Bu isə bizi ən çətin vaxtlarda belə motivasiya edir.”

2. Hilton

Mərkəz: ABŞ

Sektor: Qonaqpərvərlik

İşçilərin sayı: 161 000

Aktiv fəaliyyətdə olduğu ölkələr: Avstraliya, Braziliya, Çili, Kolumbiya, Çin, Hindistan, İtaliya, Səudiyyə Ərəbistanı, Meksika, Peru, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Amerika Birləşmiş Ştatları

İşçi rəyləri:

“Qonaqlarımıza qarşı göstərdiyimiz qonaqpərvərliyi formalaşdıran əslində, biz özümüzük. Bu, olduqca mehriban bir şirkət etikası yaratmağımızı da təmin edir. Rəhbərlərimizin hər biri asan əlaqə yarada biləcəyimiz, ünsiyyət qura biləcəyimiz insanlardır. Təqribən 100 illik bir tarixə sahib bir şirkət olsaq da, sanki sektora yenicə qoşulmuş bir startap şirkəti kimi hərəkət edir, yeni fikir və innovasiyaları dəstəkləyir, ən parlaq fikirləri həyata keçirmək üçün əzmlə və həvəslə çalışırıq.”

3. Mars Şirkətlər Qrupu

Image result for mars company offices

Mars şokolad, saqqız və digər şirniyyat məhsullarının istehsalı ilə məşğul olan transmilli bir şirkətdir.

Mərkəz: ABŞ

Sektor: İstehsal

İşçilərin sayı: 100 000

Aktiv fəaliyyətdə olduğu ölkələr: Avstraliya, Belçika, Braziliya, Mərkəzi Amerika və Karib adaları, Finlandiya, Fransa, Çin, Almaniya, Yunanistan, İtaliya, Yaponiya, Norveç, Portuqaliya, Cənubi Koreya, İspaniya, Hollandiya, Amerika Birləşmiş Ştatları

İşçi rəyləri:

“Tayı-bərabəri olmayan bir iş mühitimiz var. Ev heyvanlarımızı işə gətirə bilirik, burada açıq ofis sistemi tətbiq edilir, ən mühim olanı isə odur ki, hər kəs sanki öz ailənizin bir üzvüdir. İş saatlarımız çox əlverişlidir, istədiyimiz zaman gəlib-gedə bilirik, üstəlik bütün fəaliyyətimizi incə-incə yoxlayan, daima bizə nəzarət edən heç kəs yoxdur.”

4. Intuit Şirkətlər Qrupu

Mərkəz: ABŞ

Sektor: İnformasiya Texnologiyası

İşçilərin sayı: 8 781

Aktiv fəaliyyətdə olduğu ölkələr: Avstraliya, Kanada, Fransa, Hindistan, Sinqapur, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları

İşçi rəyləri:

“Intuit hər zaman ən doğru olanı edər, əsla təkcə öz mənafeyini düşünməz. Belə bir şirkət üçün çalışısınızsa, doğru olanı etməyə istiqamətlənən qərarlar qəbul edirsiniz və davranışlarınızın necə başa düşüləcəyi, ya da müzakirə obyektinə çevrilib çevrilməyəcəyi ilə bağlı narahat olmağınıza əsas qalmaz. Çünki şirkətiniz, müştəriləriniz, şərikləriniz, səhmdarlarınız və ya işçiləriniz üçün ən doğrusu nədirsə, siz onu etmisiniz.”

5. Adecco Group

Related image

Adecco bir çox ölkədə insan resursları sahəsində konsaltinq xidməti verən və sektorda lider mövqeyə malik beynəlxalq bir şirkətdir.

Mərkəz: İsveçrə

Sektor: Peşəkar Xidmətlər

İşçilərin sayı: 34 000

Aktiv fəaliyyətdə olduğu ölkələr: Belçika, Kanada, Almaniya, İrlandiya, İtaliya, Lüksemburq, Norveç, İspaniya, Hollandiya və Birləşmiş Krallıq

İşçi rəyləri:

“Günümüzün iş şəraitini düşündüyümüz zaman iş dünyasındakı qadınlar üçün bir ailənin üzvü olduğunu hiss etmək və ya heç bir şübhəyə qapılmadan ana olmağa hazırlaşmaq olduqca çətindir. Ancaq mən bu şirkətdə şəxsi həyatım ilə peşəkar həyatımı tarazlaşdıra bilirəm.”

6. DHL

Ən sərfəli kredit üçün müraciət et

Image result for dhl company offices

Mərkəz: Almaniya

Sektor: Daşımaçılıq

İşçilərin sayı: 98 000

Aktiv fəaliyyətdə olduğu ölkələr: Argentina, Avstriya, Boliviya, Çili, Kosta Rika, Kolumbiya, Danimarka, Dominikan Respublikası, Ekvador, El Salvador, Çin, Yunanistan, Quatemala, Honduras, Hindistan, İrlandiya, Yaponiya, Nikaraqua, Panama, Paraqvay, Peru, Sinqapur, Cənubi Koreya, Şri Lanka, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay, Venezuela

İşçi rəyləri:

“İş mühitimiz çox möhtəşəmdir. Şirkətdə olduğumuz müddət ərzində rahat hiss etməyimizin əsas səbəbi məhz budur. İş yoldaşlarımızın arasındakı ünsiyyət də çox yaxşıdır. Biz bir ailəyik. Hətta beynəlxalq şirkət olduğumuz üçün işçilərin hər biri fərqli ölkərin nümayəndələridir. Fikrimcə, bizim əsl zənginliyimiz də elə budur.”

7. Mercado Libre

Mercado Libre Latın Amerikasının ən məşhur e-ticarət saytı və şirkətidir.

Mərkəz: Argentina

Sektor: İnformasiya Texnologiyası

İşçilərin sayı: 6 922

Aktiv fəaliyyətdə olduğu ölkələr: Argentina, Braziliya, Çili, Kolumbiya, Meksika, Uruqvay

İşçi rəyləri:

“Sözün əsl mənasında qeyri-adi bir şirkətimiz var və bu xüsusiyyətimiz bizi ön plana çıxarır. İş mühitimiz şirkətimizin dünyada ən yaxşı iş yerlərindən biri olmasına şərait yaradır. Burada hər gün yeni məlumatlar öyrənirik.”

8. Cisco

Image result for cisco company offices

Cisco transmilli “netvörkinq” şirkətidir.

Mərkəz: ABŞ

Sektor: İnformasiya Texnologiyası

İşçilərin sayı: 72 904

Aktiv fəaliyyətdə olduğu ölkələr: Argentina, Braziliya, Kosta Rika, Çili, Kolumbiya, Çin, İrlandiya, İtaliya, Yaponiya, Meksika, Peru, Polşa, Portuqaliya, Sinqapur, İspaniya, İsveçrə, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları

İşçi rəyləri:

“Bizim şirkətdə olduqca çox sayda dahi insan işləyir. Güclü etik dəyərlərə sahibik – hər nə olursa olsun, həqiqəti söyləyirik, hətta bunun nəticəsində uduzsaq belə. Müştərilərimiz, şəriklərimiz və səhmdarlarımız da məhz bu səbəbdən bizə hörmət edirlər.”

9. Daimler Financial Group

“Daimler Financial Group” lizinq və sığorta da daxil olmaqla maliyyə xidmətləri göstərir. Şirkət Daimler Qrupunun nəqliyyat xidmətlərini maliyyələşdirmək, icarəyə vermək və sığortalamaq, bununla yanaşı 40 – dan çox ölkədə bankçılıq və plastik kart xidmətləri təmin etməklə məşğuldur.

Mərkəz: Almaniya

Sektor: Maliyyə xidmətləri və Sığorta

İşçilərin sayı: 12 297

Aktiv fəaliyyətdə olduğu ölkələr: Avstraliya, Avstriya, Kanada, Fransa, Almaniya, Çin, İtaliya, Yaponiya, Meksika, Polşa, Portuqaliya, Cənubi Koreya, Hollandiya, Türkiyə, İngiltərə

İşçi rəyləri:

“İş mühitimiz açıq və şəffafdır. Şirkətimizdə öz fikirlərini dilə gətirmək istəyən hər kəs üçün yer var. Həmçinin yaxşı fikirlərə dərhal sponsor olunur və reallaşdırılması təmin edilir. Səhvə yol verənlərə qarşı isə cəza tədbiri görülmür.”

10. SAS

Related image

Abreviaturatının açılışı “Statistical Analysis Software” olan SAS İnstitutu data proqramlaşdırması üzrə bazarın ən tanınmış şirkətlərindən biridir.

Mərkəz: ABŞ

Sektor: İnformasiya Texnologiyası

İşçilərin sayı: 14 328

Aktiv fəaliyyətdə olduğu ölkələr: Avstraliya, Avstriya, Belçika, Fransa, Almaniya, Hindistan, İrlandiya, İtaliya, Yaponiya, Portuqaliya, İspaniya, İsveçrə, Hollandiya, İngiltərə, Amerika Birləşmiş Ştatları

İşçi rəyləri:

“Bizim şirkətdə işçilərin hər biri mənimsənilmiş liderlik anlayışı sayəsində dürüstlüyə, keyfiyyətli məhsul yaratmağa böyük əhəmiyyət verir, hətta bu xüsusiyyətlərə sahib olan işçilər daha yüksək qiymətləndirilir. Yəni, şirkət mənə həm öz işimi icra etmək, həm də necə icra edəcəyimi addım-addım kəşf etməyə istiqamətlənən real fürsət yaradır.”

Həmçinin oxu: Dünyanın ən yenilikçi 10 şirkəti

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et