Dünyanın ən yaxşı prayvit bankları TOP 10 (2015) | Banco.az

Dünyanın ən yaxşı prayvit bankları TOP 10 (2015)

Yüksək xalis sərvətə malik insanlar təbiət etibarı ilə adi müştərilərlə müqayisədə daha mürəkkəb maliyyə hədəflərinə malik olurlar. Prayvit bank vasitəsi ilə onlar özlərinə lazım olan bir çox sahələrdə kömək əldə edilər: Burada ənənəvi bank ehtiyaclarından tutmuş, investisiya və trastlara qədər bir çox xidmətlər bir dam altında birləşir. Müştərilər həmçinin bütün bu xidmətləri koordinasiya edib, sadələşdirən şəxsi bankirin qazandırdığı üstünlüklərdən yararlanır.

Bu gün dünyanın hər yerində banklar gəlir səviyyəsi yüksək olan və prayvit bank tələblərinə cavab verən müştərilərə böyük və ya kiçik mənfəətli müxtəlif xidmətlər təklif edir, lakin sektorda dominantlıq yenə də Avropa və ABŞ banklarının əlindədir. Aşağıda sizə Banco.az tərəfindən təqdim edilmiş dünyanın ən yaxşı 10 Prayvit bankinq təchizatçısını təqdim edirik.

Private Banking Top 10

10. Pictet (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi $338 milyard)

Əksər hallarda iri riteyl banklar bankın zəngin müştərilərinə xidmət göstərən ayrıca prayvit bank bölmələrinə malik olur. Mərkəzi qərargahı İsveçdə yerləşən Pictet bankına gəldikdə isə, prayvit bankinq elə onların əsas məşğuliyyətidir. Əsası 1805-ci ildə qoyulmuş bank tamamilə yüksək gəlirli müştərilərə və nəhəng maliyyə institutlarına xidmət sahəsində ixtisaslaşıb. 2013-cü ildə həm Financial Times, həm də The Banker tərəfindən Peşəkar Kapital idarə edilməsi (Professional Wealth Management (PWM )) nominasiyası üzrə Avropanın ən yaxşı Prayvit bankı seçilib.    

9. J.P. Morgan (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi: $361 milyard)

Bu bankın idarəediciləri və əməkdaşları yüksək gəlirli müştərilərinin investisiya ehtiyaclarını anlamaq və tanımaq baxımından öz həmkarlarını həmişə bir addım qabaqlamağı bacarır. J.P Morgan öz prayvit bank sektoru üçün CİO chief investment officer (CIO işə cəlb edən ilk bank olmuşdur, bu addım öz bəhrəsini yetərincə vermiş və xərcini çıxarmışdır. Bu gün bu ABŞ bankı kapital və sabit gəlirli portfel idarəçiliyində sektor lideridir, Euromoney. Jurnalı belə qənətdədir. J.P. Morgan Global Finance və Euromoney tərəfindən 2015-ci ilin ən yaxşı prayvit bankı seçilmişdir.

8. HSBC (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi: $382 milyard)

HSBC rəsmi şəkildə öz prayvit bank bölməsini, 1999-cu ildə Republic National Bank of Nyu Yorkun aktivlərini aldıqdan sonra işə salıb. Bu gün idarəçiliyi altında 382 milyard dollardan çox aktiv vardır, bu da onu sözü gedən kateqoriyada səkkizinci ən böyük bank edir. Bank öz müştərilərəni geniş çeşiddə xidmətlər təklif edir ki, burada fərdi borclanma həlləri və ya fərqli alternativ investisiyalara çıxışları qeyd etmək olar, bu sırada hedc fondlarla iş və fərdi kapital imkanlarını da qeyd etməyə dəyər.

7. Deutsche Bank (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi: $384 milyard)

Bügünkü rəqabətli prayvit bankinq dünyasında, mərkəzi qərargahı Almaniyada yerləşən Deutsche Bank öz əlçatanlığı ilə özünü digərlərindən fərqləndirməyə çalışır, bank müştərilərinə “Doorstep Banking” xidməti təklif edir ki, bu da müştərilərinə çeklərini elə evlərindəcə depozit etməyə və ya nağd pulu evlərində almağa imkan verir, həmçinin Global Concierge Assistance müştərilərə getdikləri yerdə avtomobil kirayələməyə və ya otel tapmağa kömək edir, bankın prayvit bankinq xidmətləri investisiyalardan tutmuş daşınmaz əmlakların alqısını planlamağa, həmçinin eksklüziv kredit kartlarını almağa qədər hər şeyi əhatə edir.

6. BNP Paribas Fortis (Estimated assets under management: $395 billion)

Mərkəzi qərargahı Belçikada yerləşən BNP Paribas Fortis Private Banking aktivlərinin həcmi 250 000 avrodan çox olan fərdi şəxslərə xidmət göstərir, Fransa, İtaliya, və Lüksemburq kimi ölkələrdə güclü dayaqları olsa da, bank son dövrlərdə ABŞ və Asiyada da öz varlığını göstərir. 2014-cü ildə The Banker tərəfindən PWM  nominasiyasında Avropanın ən yaxşı prayvit bankı seçilib.

Ən sərfəli kredit üçün müraciət et

5. Royal Bank of Canada (RBC) (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi: $673 billion)

RBC, Kanadanın ən iri maliyyə institutllarından biridir – zəngin müştəriləri öz prayvit bank seqmentinə cəlb etmək üçün ən geniş eksklüziv xidmətlər çeşidi təqdim edir, bu sırada daşınmaz əmlak planlaması ilə bağlı konsultasiyalardan tutmuş ixtisaslaşmış kredit həllərinə qədər bir çox məhsulları qeyd etmək olar. Həmçinin yüksək gəlirli müştərilərin ehtiyaclarına cavab verəcək xüsusi Private Banking kredit kartları da vardır.

4. Credit Suisse (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi: $888 milyard)

Əksər şəxsi banklar kimi Credit Suisse də investisiya həlləri və kapital idarəetməsi xidmətləri təqdim edir. Lakin o daha çox xidmət olunmamış müştərilərin unikal ehtiyaclarını qarşılamaqla öz bazar payını genişləndirməyə ümid edir. Bank bu günlərdə “yeni bazarlar” bölməsini açıb ki, o da zəngin xanımlara, azlıqlara, o cümlədən cinsi azlıqlara, cinsini dəyişmiş müştərilərə xidmət üzrə ixtisaslaşır.

3. Morgan Stanley (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi $1.454 trilyon)

Son illərdə, Morgan Stanley öz prayvit bank əməliyyatlarını kifayət qədər yüksəltmişdir. Bu zaman bank öz rəqiblərindən kapital idarəetməsi üzrə top menecerləri də sıralarına qatmışdır. 2013-cü ildə bankın aktivlərinin sürəti 17,5% artmışdır, bu top onluqda olan bankların istənilən birindən daha sürətli artım tempidir.

2. Merrill Lynch (Bank of America Corporation) (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi: $1.866.6 trilyon)

Birləşmiş Ştatların ən böyük prayvit bankıdır. Merrill Lynch Private Banking & Investment Group hazırda Bank of Americanın bir hissəsidir. BOA 2009-cu ilin birinci rübündə Merrill Lynch-in alqısını həyata keçirtmişdir, bunun da əsas səbəbi bankın 2008-ci ilin böhranından xeyli zəif düşməsidir. 

1. UBS (İdarəetməsi altında olan aktivlərin təxmini həcmi:: $1.966.9 trilyon)

Təxminən 2 trilyona yaxın, aktivləri idarə edən UBS bankı Merrill Lynchi qabaqlayaraq, dünyanın ən böyük prayvit bankı adını mənimsəmişdir. Amma bu bankı gündəmə gətirən sadəcə onun nəhəng ölçüləri deyil, bank prayvit banklar içərisində müştəri məmnuniyyətinin ən yüksək göstəriciləri ilə seçilir, 2014-cü ildə Euromoney tərəfindən keçirilən sorğuda UBS sektorun lideri olmuşdur.

Zəngin müştərilərin individual xidmətə və fərdi yanaşmaya, son dərəcədə diqqətcil xidmətə ehtiyacının artması son illərdə prayvit bank sektorunun görünməz inkişafına gətirib çıxarmışdır. Baş ofisləri Avropada və ABŞ-da yerləşən banklar, xüsusən də başda İsveçrə bankları olmaqla bu inkişafdan daha çox öz nəsibini ala bilmişdir.

Əgər prayvit bank sizin üçün doğru ünvan kimi görünürsə, seçəcəyiniz bankı diqqətlə araşdırın, həmçinin üzləşəcəyiniz xidmət haqqlarını da araşdırın, xərclərinizi ayrıca broker, maliyyə məsləhətçisi  və ya xidmət olunduğunuz cari bankların toplam komissiyaları ilə müqayisə edin, unutmayın ki, prayvit bank sizə bütün bu xidmətləri bir menecer vasitəsi ilə vahid bir məkandan idarə etmək imkanı verəcəkdir. Nəzərə almalı olduğunuz digər məqam isə müraciət etdiyiniz bankın peşəkar hazırlıq səviyyəsi olmalıdır. Sizin üçün əhəmiyyətli olan qərarı seçərkən xərclər, diqqət etməli olduğunuz çoxsaylı elementlərdən sadəcə biridir.