Dünyanın ən yaxşı pensiya sistemi bu ölkədədir | Banco.az

Dünyanın ən yaxşı pensiya sistemi bu ölkədədir

Müəllif: Mehin Qasımova/Banco.az

Tədqiqatçılar 50 göstərici əsasında dünya əhalisinin 67%-nin yaşadığı 47 ölkənin pensiya sistemlərini müqayisə ediblər.

Banco.az xəbər verir ki, belə qənayətə gəliblər ki, Hollandiyanın pensiya sistemi dünyanın ən yaxşı sistemidir.

Ən mühüm göstəricilər özəl və dövlət sektorunda pensiya ödənişlərinin həcmi, sistemin gələcək onilliklər üçün davamlılığı və idarəetmə keyfiyyəti olmuşdur.

Son bir ildə birinci  yeri itirən İslandiya ikinci, Danimarka isə üçüncü yerdə qərarlaşıb.

Hesabata daxil edilən Avropa ölkələrinin əksəriyyəti yaxşı nəticə göstərib.

Məlumata  görə, Finlandiya, Norveç, İsveç, Böyük Britaniya, İsveçrə, İrlandiya, Belçika, Portuqaliya və Almaniyada yalnız bir neçə təkmilləşdirmə tələb olunur.

Hesabatda öz növbəsində Fransa, İspaniya, İtaliya, Polşa, Avstriya və Xorvatiya və ABŞ-da  ciddi risklərin və yaxud çatışmazlıqların olduğu qeyd olunub.

Reytinqdə sonuncu yerdə Hindistan, Filippin və Argentina, Türkiyə və Tailand qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda etiraf edilir ki, dünyada pensiya sistemləri heç vaxt olmadığı qədər təzyiq altındadır. Davamlı inflyasiya, artan faiz dərəcələri pensiya sisteminə mənfi təsir edən amillər sırasındadır.

Məlumatda deyilir ki, süni intellekt xərcləri azaltmaqla və qarşıdan gələn riskləri müəyyən etməklə pensiyaların səmərəliliyini artırmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram