Dünyanın ən yaxşı işəgötürən şirkətləri bəlli oldu | Banco.az

Dünyanın ən yaxşı işəgötürən şirkətləri bəlli oldu

Tamara Mustafayeva, Banco.az

"Forbes" nəşri dünyanın ən yaxşı işəgötürən şirkətlərinin bu ilki siyahısını yayımlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ümumilikdə 700 şirkətin yer aldığı siyahıda ilk 50 pilləni 27 şirkətlə təmsil edən Amerikanın üstünlüyü nəzərə çarpsa da, liderlik Cənubi Koreyaya məxsusdur. 

Məlum olduğu kimi, son dövrlərdə dünya miqyasında yaşanan kadr çatışmazlığı işəgötürən şirkətləri ixtisaslı işçi qüvvəsi cəlb etmək və mövcud personalı saxlamaq üçün bir-birləri ilə rəqabətə sövq edir. Odur ki, "Forbes" nəşri də bazar araşdırmaları şirkəti "Statista" ilə əməkdaşlıq çərçivəsində "Dünyanın ən yaxşı işəgötürən şirkətləri"nin illik siyahısını yuxarıdakı motivlər əsasında hazırlayıb. "Statista" şirkətlərin reytinqini tərtib etmək üçün 58 ölkədə fəaliyyət göstərən transmilli şirkət və müəssisələrin 150 min tam və yarım ştat personalı ilə anket sorğusu keçirib. Sorğu iştirakçılarından işəgötürənlərini ailə üzvlərinə və dostlarına tövsiyə etməkdə nə dərəcə istəkli olduqlarını dəyərləndirmək tələb edilib. Onlardan həmçinin çalışdıqları sektorda mənfi və ya müsbət cəhətdən fərqlənən digər işəgötürən şirkətləri də qiymətləndirmələri istənilib.

Beləliklə 700 işəgötürən şirkətin siyahılaşdırıldığı "Dünyanın ən yaxşı işə götürən şirkətləri"nin "TOP-10"luğu ilə gəlin birlikdə tanış olaq:

1

Samsung Electronics

Konqlemerat

Cənubi Koreya

2

IBM

Yarımkeçiricilər, Elektronika, Elektrik Mühəndisliyi, Texnoloji avadanlıqların istehsalı

ABŞ

3

Microsoft

İT, İnternet, Proqram təminatı

ABŞ

4

Amazon

İT, İnternet, Proqram təminatı

ABŞ

5

Apple

Yarımkeçiricilər, Elektronika, Elektrik Mühəndisliyi, Texnoloji avadanlıqların istehsalı

ABŞ

6

Alphabet

İT, İnternet, Proqram təminatı

ABŞ

7

Dell Technologies

Yarımkeçirilər, Elektronika, Elektrik Mühəndisliyi, Texnoloji avadanlıqların istehsalı

ABŞ

8

Huawei

Telekommunikasiya xidmətləri, Kabel təchizatı

ABŞ

9

Adobe

İT, İnternet, Proqram təminatı

ABŞ

10

BMW Group

Avtomobil 

Almaniya

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et