Banco.az saytı Bloomberg-ə istinad edərək, Sizə Dünyanın ən yaşıl banklarının reytinqini təqdim edir.
Bloomberg agentliyi növbəti dəfə dünyanın ən yaşıl banklarının reytinqini tərtib edib. Bu reytinq maliyyə təşkilatlarının təmiz enerji istehsalına etdiyi investisiyaları və həmçinin tullantı və karbon izlərini azaltmaq istiqamətində gördüyü səyləri qiymətləndirir.
Siyahıda Avropa bankları liderlik edir
Dünyanın ən yaşıl bankarı dedikdə, bərpa olunan enerji layihələrinə və təbiəti mühafizə edən proyektlərə investisiya edən banklar başa düşülür. Bu dəfəki reytinqdə birinciliyi yenə İspaniyanın Santander bankı əldə etmişdir. İkinci pillədə Fransadan BNP Paribas, üçüncü də isə İtaliyadan olan UniCredit bankı qərar tutub.
Ümumiyyətlə isə ötən il ərzində təmiz enerji növlərinə edilən investisiyaların həcmi 11% artaraq, 245 milyard dollara çatmışdır. Banklar bərpa olunan enerji istehsalı üzrə ixtisaslaşan şirkətlərin maliyyələşdirilməsi, konsultasiya edilməsi, səhimlərinin kütləvi təklif üsulu ilə yerləşdirilməsi baxımından yeni imkanlar əldə etmişlər.
Yieldcos adlandırılan bu kompaniyalar günəş, külək və digər elektrik stansiyalarının alınması üzərində inkişaf edir və uzunmüddətli müqavilələr çərçivəsində kommunal xidmətlər həyata keçirir.
Bu genişlənən sənaye sektorunda onların xidmətlərinə arxalanan Royal Bank of Canada və mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Goldman Sachs Group Bloomberg-in ən yaşıl banklarının reytinqində ilk 5-liyə düşə bilmişdir.