Müəllif: Tamara Mustafayeva, Banco.az
Saving Spot dünyanın ən zəngin youtuberlərini ölkələr və regionlar üzrə sıralayıb.
Banco.az xəbər verir ki, ümumilikdə siyahıya nəzər saldıqda ən populyar “YouTube” məzmununun uşaqlar üçün hazırlanmış məzmunlar olduğu görülür. Belə ki, “Cocomelon” adlı kanal 2006-cı ildən bəri 282 milyon dollarla siyahıda birinci yerdədir.
Avropa qitəsində də vəziyyət çox da fərqli deyil. Belə ki, Avropada ən çox baxılan məzmun növü yenə uşaq məzmunu olsa da, səyahət məzmunu da siyahıya daxildir. 8 yaşlı Anastasiya Radzinskayanın ailəsi tərəfindən idarə olunan "Like Nastya" kanalı “Forbes” nəşrinə görə dünyada ən sürətlə böyüyən “YouTube” kanallarından biridir.
Yaxın Şərq və Mərkəzi Asiya regionuna gəldikdə isə bir vaxtlar televiziya üçün uşaq məzmunları hazırlayan və gəliri 53 milyon dollardan çox olan “Toyor Al Janah” kanalı siyahının zirvəsindədir.
Avstraliyanın ən zəngin “YouTube” kanalı kimi tanınan və uşaqlar üçün oyuncaq icmalı videoları yayımlayan “CKN” yarandığı gündən 40 milyon dollara yaxın gəlir əldə edib.
Afrika qitəsinə gəldikdə isə vəziyyət bir az fərqlidir. Rəqəmsal infrastrukturun və internetə çıxışın qənaətbəxş səviyyədə olmaması səbəbindən “YouTube” platforması burada hələ o qədər də geniş yayılmayıb, ancaq burada da məzmun istehsalçıları ümumilikdə ölkə ilə müqayisədə zəngin adlandırıla biləcək səviyyədədir. Digər bölgələrdən fərqli olaraq məzmun anlayışı baxımından burada uşaq məzmunundan daha çox zarafat videolarına baxılır. 4 milyon dollar gəlir qazanan Nigeriyalı komediya ustası Mark Angeli Seneqallı Hüseyn və Zeynəb bacı-qardaşı izləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!