Dünyanın ən varlı və müəmmalı ailəsi kriptovalyutalara sərmayə qoyur | Banco.az

Dünyanın ən varlı və müəmmalı ailəsi kriptovalyutalara sərmayə qoyur

Ötən həftə 87 yaşlı milyarder Georg Sorosun kriptovalyutalara sərmayə qoyacağı xəbəri yayılmışdı. İndi isə məşhur amerikan ailəsi Rokfellerlərə aid 3 milyard dollarlıq investisiya şirkəti “Venrock” analoji addım atacağını açıqlayıb.

“Venrock” Rekfeller ailəsinin texnologiya və elmə sərmayə qoymaq məqsədilə istifadə etdiyi yarım əsrlik bir şirkətdir. Şirkət kriptovalyutalara böyük maraq göstərir. “Venrock” daha əvvəl “Intel”, “Apple”, “AppNexus” və “StrataCom” kimi nüfuzlu şirkətlərə investisiya qoyub.

Rokfellerlərin kriptovalyutalara hansı məbləğdə investisiya qoyacağı bəlli deyil. Bu ailə hər zaman öz müəmmalığını qoruyur. Keçmişdə ailə haqqında bir çox spekulyasiyalar yaradılıb. Ən çox diqqət çəkəni isə XIX əarin sonu, XX əsrin əvvəlindəneftə qoyduqları investisiya ilə bağlıdır. Rokfeller ailəsinin sərvəti astronomik həddədir. “World Trade Center” və digər bir çox müəssisələr bu ailəyə aiddir.

“Venrock” və “Coinfund”

“Venrock”-un nümayəndəsi Devid Pekman açıqlamasında bunları deyib:

“Kriptovalyuta sərmayədarlarının sayı günü-gündən artır. Bir çox fondlar mövcuddur. Bizə görə, kriptovalyutalar risk kapital sahəsidir. Ortaqlıq etdiyimiz “Coinfund” müəyən müddətdir kriptovalyutalara sərmayə qoyur. Bundan sonra müxtəlif iqtisadiyyatlar və tokenlər əsasında layihələr yaratmaq üçün birgə işləyəcəyik”.

“Coinfund” ICO tənzimləmə platforması “Coinlist”-in və mesajlaşma proqramı “Kik”-in istehsalçısıdır. Şirkətin əməkdaşı Ceyk Brakhman “Venrock”-la birgə təcrübələrini birləşdirib, daha yaxşı layihələr hazırlayacaqlarını qeyd edib.

Pekman “Venrock”-un kriptovalyuta sərmayəsinə uzun müddətli yanaşacağını bildirib. “Venrock”-in investisiya və layihələrə yaxınlaşması sayəsində uğur qazanılacağını bildirən Pekman kriptovalyutalar mövzusunda bütün komandanın fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et