Dünyanın ən varlı qadını ola bilər | Banco.az

Dünyanın ən varlı qadını ola bilər

"Amazon" şirkətinin rəhbəri Ceff Bezosun həyat yoldaşı Makkenzi Bezos boşanma prosesindən sonra planetin ən varlı qadını ola bilər.

Bu barədə "Bloomberg" bildirib.

Qeyd edilir ki, biznesmen 137 milyard dollara sahibdir. Eyni zamanda "Forbes" də onun 150 milyard dollarının olduğunu açıqlayıb. Cütlük hələlik maliyyə aktivləri ilə bağlı plan düşünməyiblər.

Ekspertlər isə güman edirlər ki, tərəflər arasında bölgü bərabər aparılacaq. Beləcə Makkenzi 69 milyard dollar alacaq. Bu, ona planetin ən varlı qadını olmağa imkan verəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cütlüyün ayrılması barədə xəbər yayılıb. 

Amerikanın internet vasitəsi ilə məhsul və xidmət satışı həyata keçirən "Amazon" şirkəti hərracların nəticələrinə görə bütün rəqiblərini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et