Dünyanın ən varlı İŞ QADINLARI | Banco.az

Dünyanın ən varlı İŞ QADINLARI

Tamara Mustafayeva, Banco.az

Kişilərin varlılarla bağlı dünyadakı bütün siyahılara hakim olduğu düşünülsə də, varlı qadınlar da azlıq təşkil etmir. Üstəlik, bu qadınların əksəriyyətinə bu var-dövlət miras qalmamışdır. Bəziləri tamamilə öz səyləri ilə varlanan şəxslər ikən, digərləri isə öz imperiyalarını qurmaq üçün paylarına düşən mirası başlanğıc olaraq istifadə edib böyük işlərə imza atmışlar.

Bugünkü məqaləmizdə sahibkarlıqla məşğul olmaq istəyən qadınlara ilham olacaq dünyanın ən varlı 8 iş qadını ilə sizi tanış edəcəyik.

1. Fransuaza Betakur (Françoise Bettencourt-Meyers) - Fransa

Dünyaca tanınmış kosmetika şirkəti L’Óréal–ın varisi Lilian Betakur (Liliane Bettencourt) vəfat etdiyi zaman onun qızı Fransuaza Betakur birdən-birə dünyanın ən varlı qadınlarından biri oldu. Fransuaza hazırda 75 milyard dollarlıq sərvətə sahibdir. O, “Bettencourt Schueller” fondunun sədri və həmçinin yazıçıdır.

2. Alisiya Valton (Alice Walton) - ABŞ

Dünyanın ikinci ən varlı qadını olan Alisiya Valtonun 67.4 milyard dollar dəyərində bir sərvətə sahib olduğu qeyd edilir. “Walmart”  mağazalar şəbəkəsinin qurucusu Sem Voltonun (Sam Walton) qızı olan Alisiya internet galereyasını idarə etməklə yanaşı həmçinin ailə şirkəti olan “Walton Enterprises”ın da rəhbəridir.

3. Makkenzi Skot (MacKenzie Scott) - ABŞ

ABŞ-ın e-ticarət nəhəngi Amazon şirkətinin sahibi və dünyanın ən varlı insanı olan Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skot hazırda 57.6 milyard dollarlıq sərvətə sahibdir.

4. Culiya Cox (Julia Koch) - ABŞ

Milayder David Koxun həyat yoldaşı Culiya əri 2019-cu ilin avqust ayında 79 yaşında vəfat etdikdən sonra üç övladı ilə birlikdə "Koch Industries" konqlomeratında 42%-lik səhmlərə sahib olmuşdur. Hazırda onun şəxsi sərvəti 44.9 milyard dollar təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

5. Yang Huiyan - Çin

Yang Huiyan varlıların 1%-nin yaşadığı ölkələrdən biri olan Çinin ən zəngin qadınlarından biridir. “Country Garden Holding”in əsas səhmdarı olan Huiyanın sərvəti 30.9 milyard dollar dəyərindədir.

6. Jaklin Mars (Jacqueline Mars) - ABŞ

Jaklin Mars “Mars” şirniyyat şirkətinin üçdə birinə sahibdir. Onun 28.9 milyard dollar dəyərində bir sərvətə sahibi olduğu güman edilir. Şirkəti üçün illərlə çalışan Mars şirkətin idarə heyətində də fəaliyyət göstərib, ancaq hazırda daha çox xeyriyyəçilik fəaliyyətləri ilə tanınır.

7. Suzanna Klatten (Susanne Klatten) - Almaniya

Almaniyanın ən varlı qadını olan Suzanna Klatten “BMW” şirkətinin 19,2% səhminin sahibidir. Klatten ildə 2,5 milyard dollardan çox gəlir gətirən “Altana” dərman şirkətinin yeganə sahibidir. O, həmçinin “Nordex AG”, “Geohumus”, “SGL Group”da səhmlərə sahibdir. Hazırda şəxsi sərvəti 27.4 milyard dollardır.

8. Loren Pauell (Laurene Powell) - ABŞ

Əri Stiv Cobsun ölümündən sonra onun “Disney” və “Apple”dakı səhmləri Loren Pauell Cobsa keçib. Beləliklə, Loren o dövrdə “Disney”in ən böyük səhmdarına çevrilmişdi. 2014-cü ildə əsasını qoyduğu kommersiya-sosialyönümlü investisiya şirkəti “Emerson Collective” vasitəsilə sərmayələr yatıran Loren 2016-cı ilin ikinci yarısında “Emerson Collective Foundation” xeyriyyə fondunu təsis etmiş və əsasən Disney səhmləri formasında 1,2 milyard dollar ianə bağışlamışdı. Onun hazırkı sərvəti 23.3 milyard dollar təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et