Dünyanın ən varlı insanlarının siyahısı açıqlanıb | Banco.az

Dünyanın ən varlı insanlarının siyahısı açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Bloomberg” dünyanın ən varlı insanlarının yenilənmiş reytinqini təqdim edib.

Banco.az xəbər verir ki, “X” və “Tesla” şirkətlərinin sahibi olan İlon Mask 235 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı olaraq liderliyini qoruyub.

İkinci yerdə Amerika onlayn pərakəndə satış şirkəti “Amazon”un qurucusu və keçmiş rəhbəri Ceff Bezos qərarlaşıb. Onun hazırda sərvəti 193 milyard dollar olaraq qiymətləndirilir.

"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq 188 milyard dollar sərvət ilə siyahıda üçüncü yerə yüksəlib.

Fransız dəbdəbəli mallar istehsalçısı “LVMH” (LVMH Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernard Arno isə dünyanın ən zəngin üçlüyünü tərk edərək Mark Zukerberq və digər iki amerikalıdan sonra dördüncü yeri tutub. Arnonun sərvəti 185 milyard dollar qiymətləndirilib. Eyni zamanda, o, ilk onluğa daxil olan yeganə qeyri-amerikalı olaraq qalır.

İlk beşliyə 154 milyard dollar sərvəti ilə “Microsoft”un keçmiş baş direktoru Bill Qeyts də daxil olub. 

Amerikalı sahibkar Uorren Baffet Bloomberg Milyarderlər İndeksinin ilk onluğunu qapayır. Agentlik onun sərvətini 136 milyard dollar qiymətləndirib.

Beləliklə, amerikalılar planetin ən zəngin insanlarının ilk beşliyində dörd yeri, həmçinin ilk onluqdan doqquz yeri tutublar.