Dünyanın ən varlı insanlarının sayı artdı | Banco.az

Dünyanın ən varlı insanlarının sayı artdı

Ötən il dünyanın ən zəngin insanlarının (“very high net worth”, VHNW) sayı artıb və təxminən 2,7 milyon nəfərə çatıb.

Bu barədə Wealth-X” analitik şirkətlər qrupunun saytında bildirilir.

"Ən zəngin insanların sərvəti 5-30 milyon dollara qədər qiymətləndirilir, onların sayı 2019-cu ildə sürətlə - 10%-dən çox artdı", - tədqiqatda qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, onların sərvətlərinin ümumi həcmi 10% artıb və 26,6 trilyon dollara çatıb. Bundan başqa, şirkət vurğulayıb ki, 2018-ci ildə göstəricinin artması yalnız 1% qeydə alınıb.

Şimali Amerika ən zəngin insanların sayının artımı üzrə lider olub. Tədqiqata əsasən, onların sərvətlərinin ümumi həcmi təxminən 15% artıb.

Aktiv artım həmçinin Asiyada və Afrikada qeyd edilib. Avropada və Sakit okean regionunda artım bir qədər az müşahidə olunub.

Qeyd edək ki, “Wealth-X” şirkəti ən zəngin insanlar arasında müxtəlif tədqiqatlarla məşğuldur.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et