Tamara Mustafayeva, Banco.az
Ötən aylarda "Amazon" şirkətinin təsisçisi Ceff Bezosun şirkətdən ayrılacağı barədə xəbər verilmişdi. Həmin dövrlərdə şirkətin CEO vəzifəsindən gedən Bezos "Amazon"la əlaqəsini qoparmaq əvəzinə şirkətin idarə heyətinin sədri kimi fəaliyyətinə davam edəcəyini açıqlamışdı. Bununla yanaşı, təqaüdə çıxacağını bildirən Bezosun təqaüd dövrü bu gündən etibarən başlayıb.
"Blomberg Milyarderlər İndeksi"nə görə, 199 milyard dollarla təqaüdə çıxası olan Bezos həmin gündən etibarən 2000-ci ildə əsasını qoyduğu kommersiya məqsədli kosmik şirkət "Blue Origin"la məşğul olacaq.
Qeyd edək ki, 57 yaşında təqaüdə çıxan Bezos "Blue Origin" üçün reallaşdıracağı layihələr çərçivəsində bu ilin iyul ayında turistik kosmik səyahət həyata keçirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!