Dünyanın ən varlı insanı bəlli olub | Banco.az

Dünyanın ən varlı insanı bəlli olub

Müəllif - Aida İsaq, Banco.az

“Tesla” və “Space X” şirkətlərinin sahibi İlon Mask yenidən dünyanın ən varlı adamı olub.

Banco.az xəbər verir ki, İlon Maskın sərvəti 192 milyard dollar olaraq qiymətləndirilir. Mayın 31-nə olan məlumatlara görə, “Tesla”nın səhmlərinin 1,38% bahalaşması iş adamının sərvətini bir gündə 1,98 milyard dollar artırıb. Lüks mallar istehsalçısı LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin səhmləri isə ucuzlaşıb. Məşhur brendin sahibi Bernard Arno 5,25 milyard dollar itirərək 187 milyard dollar sərvəti ilə ikinci yerdə qərarlaşıb.

“Amazon”un qurucusu Ceff Bezos 144 milyard dollarla üçüncü, “Microsoft”un sahibi Bill Qeyts 125 milyard dollarla dördüncü, “Oracle”ın həmtəsisçisi Larri Ellison isə 118 milyard dollarla beşinci sırada yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et